Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda məsciddə partlayış olub, 100 adamın öldüyü bildirilir
Əfqanıstanda məsciddə partlayış olub, 100 adamın öldüyü bildirilir

Əfqanıstanın şimalındakı Kunduz əyalətindəki Seyid Abad Şiə məscidində güclü partlayış olub. Nəticədə 100-ə yaxın adam ölüb, onlarla insan yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Aamaj News agentliyi məlumat yayıb.

Partlayış yerli vaxtla təxminən 13:30 radələrində cümə namazına toplaşan insanların çox olduğu vaxt baş verib. İlkin məlumatlara görə, kamikadze binanın içərisində partlayıcı qurğunu işə salıb.

Məlumata görə, qurbanların ən az 50-nin cəsədi yerli morqlara çatdırılıb.

Partlayış xəbərini ölkədə hakimiyyəti ələ alan radikal Taliban hərəkatının nümayəndəsi və müvəqqəti Əfqanıstan hökumətində İnformasiya və Mədəniyyət nazirinin müavini Zabihullah Mücahid təsdiqləyib.

"Bu gün günortadan sonra Kunduz əyalətindəki şiə soydaşlarımızın məscidində partlayış oldu, nəticədə ölən və yaralılar var. Döyüşçülərimizdən ibarət xüsusi dəstə hadisə yerinə gələrək hadisə ilə bağlı araşdırmalara başlayıb", - o öz Twitter səhifəsində bildirib.

Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »