Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində azanla bağlı yeni qərar
Avropa ölkəsində azanla bağlı yeni qərar

Almaniyanın Köln şəhərində Böyük Şəhər Bələdiyyəsi tərəfindən başladılan pilot layihə çərçivəsində 2 il müddətində məscidlər cümə günləri günorta azanlarını səsgücləndirici vasitəsilə verə biləcək. 10 dəqiqədən çox olmaması şərtilə oxunulacaq azanın səs səviyyəsi də məscidin olduğu əraziyə görə, müəyyən ediləcək.

Köln Böyük Şəhər Bələdiyyə Sədri Henriette Reker bildirib ki, bu layihəni dinin qarşılıqlı qəbulunun bir işarəsi və konstitutsiya olaraq qorunan din azadlığına bağlılıq olaraq dəyərləndirmək lazımdır. Reker əlavə edib ki, müsəlman əhali də Köln şəhərinin bir parçasıdır.

"Bundan şübhə edənlər, Köln şəhərində sülh içində birlikdə yaşamağımızdan şübhə edir. Şəhərimizdə kilsə zəngləri ilə yanaşı, müəzzinin çağırışını da eşitdiyimiz zaman Kölndə müxtəlifliyə dəyər verildiyini və yaşandığını görəcəyik" - deyə bələdiyyə sədri H.Reker qeyd edib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »