Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İllərdir yatan canlılar musson yağışları ilə ortaya çıxdı
İllərdir yatan canlılar musson yağışları ilə ortaya çıxdı

Bu yay ABŞ-ın Arizona əyalətində təsirli olan musson yağışları, uzun müddətdir ki, yatan növlərin bölgədə yenidən ortaya çıxmasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, şiddətli yağışlarla, əyalətin şimalında bir gölməçə meydana gəlib. Sözügedən bölgədə illərdir əlverişli şərtlər gözləyən 'Triops' adlı xərçəngkimilər yumurtadan çıxmağa çaşlayıb. Təxminən 400 milyon ildir ki, dəyişməz qaldıqları üçün bu canlılara “yaşayan fosillər” deyilir.

Rəsmilərin dediyinə görə, triops yumurtaları, kifayət qədər yağış və uyğun bir mühit yaradılana qədər aktivləşmədən illərlə saxlanıla bilər. Uyğun şərtlər meydana gəldikdə, yumurtadan çıxırlar və bir həftə ərzində yetkin formalarına çatırlar. Sonra cütləşən canlılar yeni yumurtalarla bir dövr meydana gətirməyə başlayırlar.

Bu sürətli dövriyyənin səbəbi isə Triopsun çox qısa bir ömürə sahib olmasıdır. Göl quruyana qədər yeni yumurta istehsal etməli olan canlıların ömrünün ortalama 90 gün olduğu bildirilir. Bölgədəki yırtıcıların hədəfi olan Triops üçün bu müddət daha da qısa ola bilir.

Hazırladı: Leyla, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »