Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydendən Türkiyə əleyhinə açıqlama
Baydendən Türkiyə əleyhinə açıqlama

ABŞ Prezidenti Co Bayden Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə Suriyadakı fövqəladə vəziyyətin daha bir il uzadılması qərarı ilə bağlı məktub göndərib və səbəblərini izah edib.

Bizimyol.info xəbər verir ki, Baydenin yazdığı  məktubda qeyd olunub ki, Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücuma keçməsi İŞİD-i məğlub etmək cəhdlərini boşa çıxarır və sivil insanları riskə atır.

"Bu, bölgədəki sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla təhdid edir, ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün bir təhlükə yaratmağa davam edir. Buna görə də əminəm ki, Suriyadakı vəziyyətlə əlaqədar 13894 saylı fərmanda elan edilmiş milli fövqəladə vəziyyətin davam etdirilməsi zəruridir",- deyə Bayden qeyd edib.

Qeyd edək ki, reallıqda Suriyada terrora qarşı ən effektli mübarizə aparan tərəf elə Türkiyədir. Dinc əhali isə əsasən Rusiyanın hava hücumları zamanı həyatını itirir.

Leyla, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »