Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhurlaşan “Squid Game” serialı: “10 il ərzində heç kim ssenarisinin üzünə baxmayıb”
Məşhurlaşan “Squid Game” serialı: “10 il ərzində heç kim ssenarisinin üzünə baxmayıb”

Son günlərdə hamının marağına səbəb olan “Squid game” filmi barədə yəqin ki, eşitmisiniz. Çünki axır vaxtlarda hansı sosial şəbəkəni açsaq, yaşıl kombinzonlu koreyalıların fotoşəkilləri qarşımıza çıxır.

Son günlərdə hamının marağına səbəb olan “Squid game” filmi barədə yəqin ki, eşitmisiniz. Çünki axır vaxtlarda hansı sosial şəbəkəni açsaq, yaşıl kombinzonlu koreyalıların fotoşəkilləri qarşımıza çıxır.

Bu film sentyabrın 17-də efirə çıxıb və qısa müddət ərzində rəqəmsal platformalarda ən çox izlənilən seriallar arasında birinci yeri tutub. Filmin Koreya dilində adı “Ojing-eo Geim”di.

İndi isə filmin yaranma tarixindən danışaq…

“Squid Game”in yaradıcısı Hwang Dong-Hyuk ilk dəfə 2008-ci ildə dram konsepsiyasını hazırlayıb və bir il sonra ssenari yazmağa başlayıb. Həmin vaxt anası və nənəsi ilə birlikdə kiçik bir evdə yaşayan Hwang, bir müddət ssenari yazmağa ara verməli olub. Çünki o, dəhşətli bir yoxsulluq içində yaşayırmış və “notebook”unu bugünkü pulla təxminən 700 dollara satmalı olub.

50 yaşındakı rejissor Hwangın sözlərinə görə, ssenarini tam hazır etdikdən sonra serial barədə dəfələrlə məşhur aktyorlara müraciət etsə də, heç kim filmin ssenarisini bəyənməyib. Daha sonra isə sanki möcüzə baş verib. Dünyanı Covid-19 pandemiyası bürüyüb və dünya, insanlar, düşüncələr tamailə dəyişib.

"Bütün bu detallar sayəsində insanlar bu hekayəni 10 il əvvələ nisbətən daha real görməyə başladılar. 12 il ərzində dünya bu cür qəribə və şiddətli sağ qalma hekayələrinin heyran olduğu bir məkana çevrildi. İndi insanlar dramın real həyatla nə qədər yaxından əlaqəli olduğunu şərh edirlər. Təəssüf ki, dünya bu istiqamətdə getdi”,-deyə filmin rejissoru bildirib.

İndi serialın izləyicisi olan milyonlarla insan ikinci mövsümünün çəkilib-çəkilməyəcəyi barədə düşünür. Hwang isə bildirib ki, ikinci sezonu çəkib-çəkməyəcəyindən əmin deyil. "Dramı təkbaşına yazdığım və idarə etdiyim üçün həm zehni, həm də fiziki cəhətdən çox çətin idi. Bu səbəbdən ikinci bir mövsüm varsa, tək başına oynaya bilərəmmi deyə narahatam"-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər..."
Son xəbərlər
Bütün xəbərlər »