Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlərin maaşlarına olunan əlavələrin müddəti uzadılıb
Həkimlərin maaşlarına olunan əlavələrin müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb.

Bizimyol.info xəbər verir ki,NK-nın mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının 2-ci hissəsində dəyişiklik edilib.

Tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, dəyişiklikdən əvvəl bu müddət sentyabrın 1-dək nəzərdə tutulurdu.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »