Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Suriyada fövqəladə vəziyyətin uzadılmasını Türkiyə ilə əlaqələndirib
Bayden Suriyada fövqəladə vəziyyətin uzadılmasını Türkiyə ilə əlaqələndirib

ABŞ prezidenti Bayden, Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Suriyada fövqəladə vəziyyətin daha bir il uzadılması qərarı ilə əlaqədar məktub göndərib.

Bizimyol.info "haberturk"ə istinadən xəbər verir ki, Baydenin məktubunda Türkiyə ilə bağlı reaksiyalara səbəb olacaq ifadələr işlədilib.

Bayden məktubunda Türkiyənin Suriyanın şimal -şərqində həyata keçirdiyi hərbi əməliyyatların İŞİD ilə mübarizəyə zərər verdiyini və mülki insanları riskə atdığını iddiası ifadə olunub.

"Bu hərəkətlər bölgədə sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla təhdid edir. ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhlükə yaratmağa davam edir. Bu səbəbdən, Suriyadakı vəziyyətlə əlaqədar milli fövqəladə vəziyyətin davam etdirilməsinin zəruri olduğuna qərar verdim", - deyə Baydenin məktubunda qeyd edilir.

Ağ Evdən verilən açıqlamada, fövqəladə vəziyyətin daha bir il uzadıldığı və qərarın Rəsmi Qəzetdə dərc ediləcəyi bildirildi.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »