Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində həftədə 4 günlük iş rejiminə keçirlər
Avropa ölkəsində həftədə 4 günlük iş rejiminə keçirlər

Avropanın şimal ölkələrində bir neçə ildir həftəlik iş yükünün azaldılması müzakirə olunur. Finlandiyada, İsveçdə, İslandiyada 4 günlük iş rejiminə keçməklə bağlı iradə nümayiş etdirirlər. Finlərin Baş naziri Sanna Marin 2019-cu ilin dekabrında vəzifəyə gələndən bu haqda danışır. Hökumət rəhbəri insanların həftədə 4 gündən artıq işləməli olmadığını dəfələrlə dilə gətirib. İsveçdə də təxminən belə müzakirələr olur. Skandinaviya dövlətində həftədə 4 gün 6 saatlıq iş rejimindən söz açırlar. İslandiyada hətta bir bölgədə eksperiment də aparılıb.

Bizimyol.info xəbər verir ki, Belçika da bu yolu getmək qərarına gəlib. Təklif liberal siyasətçilərdən gəlib. Yaşıllar Partiyası da bunu qənaətbəxş hesab edib. Solçular dəyişikliyin əleyhinə olmadıqlarını deyiblər. Bir şərtlə ki, iş günü ilə yanaşı, iş saatları da azaldılsın.

İndi Belçikada həftəlik iş saatı sektorlardan asılı olaraq 38-40 arası dəyişir. Həftədə 4 gün işləyəndə saatlar günlər arasında bölünəcək. Solçular bu halda işçiyə ağır yük düşəcəyini düşünür. Buna görə də sutka ərzində 8 saatdan artıq işləməmək təklif olunur.

Yaşıllar Partiyasının Flamand bölgəsindəki rəhbəri Meyrem Almacı 4 günlük iş rejimi haqqında ilk danışanlardandır. O, işçilərin azadlığı baxımından bu qərara çox ehtiyac duyulduğunu deyib. Almacı işçilərin də fikrini soruşmağın vacibliyini qeyd edib.

Hökumət konkret söz deməyə tələsmir. Solçular iş saatlarının azaldılmayacağı təqdirdə dəyişikliyin kosmetik xarakter daşıyacağını bildirir. Müzakirələr bir az da genişlənib. Həftəlik iş saatının azaldılması mümkün görünür. Amma hər şeydən əvvəl cəmiyyətin əksər qanadları buna razı və hazır olmalıdır.

İslandiyada eksperiment 2021-ci ilin iyulunda aparılmışdı. Prosesə iş qabiliyyəti olan ölkə əhalisinin 1 faizi qoşulmuşdu. Təxminən 2500 nəfər həftəlik yükü 4 günə sığışdırmağa çalışmışdı. Sonradan hökumət eksperimentin uğurla nəticələndiyini açıqlamışdı.

Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »