Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sovet adamlarında “Madonna” serviz sevdası necə yaranmışdı... - Foto
Sovet adamlarında “Madonna” serviz sevdası necə yaranmışdı... - Foto

Sovet dövründə ailələrin əksəri eyni səviyyədə yaşayırdı. Amma yenə də başqalarından fərqlənmək istəyənlər olurdu. Əsasən bunu mebellə, qab-qacaqla edirdilər. SSRİ-nin bir dövründə “Madonna” yeməkxana servizi çox populyarlaşmışdı.

Bizimyol.info xəbər verir ki, bu farfor qablar keyfiyyətinə görə həmin dövrdə haqqında çox danışılan Çin mallarından geri qalmırdı. Sovet dönəminin qadınları “Madonna” almağı xüsusi üstünlük saymağa başlamışdı.

Yeməkxana servizi 18-ci əsrdə Almaniyanın Saksoniya bölgəsində yaranıb. Meysen şəhərində ilk “Madonna” istehsal olunub. Hələ 250 il əvvəl alman farfor qabları Avropa bazarında özünə yaxşı yer etmişdi. Hətta Birinci və İkinci Dünya Müharibələri dövründə də Almaniyanın farfor qab zavodları fəaliyyətini dayandırmayıb.

Sovet qoşunları 1945-ci ildə Almaniya ərazisinə daxil olanda “Madonna” da diqqətdən yayınmamışdı. Bu servizlərin SSRİ-də ilk nümunələri zabitlərin sayəsində peyda olmuşdu. Onlar evə həmin qabları hərbi qənimət kimi gətirmişdilər.

Əsgərlər özünə “Madonna” rəva görə bilmirdilər. Yalnız zabitlərə qonaq gedəndə bu qabları görmək mümkün idi. Zabitlərin həyat yoldaşları isə təkcə qonaqların qarşısına serviz çıxarırdılar.

Üçüncü Reyxin süqutundan sonra “Madonna” istehsalı ənənəsini Almaniya Demokratik Respublikası davam etdirməyə başladı. Bu dəfə Saksoniyanın Koldits, Tyuringiya federal torpaqlarındakı Kahla şəhərlərində farfor qablar düzəldirdilər. Beləcə, sovet adamları üçün “Madonna” əldə etmək bir az da asanlaşdı.

Bəs SSRİ qadınları bu servizdə nə görmüşdü? Günəş şüaları altında bərq vuran bu qablar yüksək keyfiyyətdən xəbər verirdi, orta əsr alman insanlarının pastor səhnələri ilə bəzədilmişdi. İstehsalçının əlavə etdiyi zərgərlik elementləri servizin dəyərini bir az da artırıdı. Yeknəsəqlikdən yorulan sovet adamları belə şeylərə meyl salmaya bilməzdi.

“Madonna” serviz dəsti “Madonna” serviz dəsti

İş orasındadır ki, almanlar bu qabları “Madonna” adlandırmırdı. Bu adın necə ortaya çıxmasını heç kim bilmir. Ən azı almanların bundan xəbəri yoxdur. Onlar qablara “Ulrika”, “Frederika”, “Mariya” adları vermişdilər. SSRİ-də isə “Madonna”nı uydurmuşdular.

SSRİ-nin dağılması bu servizə də marağı azaltdı. 90-cı illərin boz günlərində daha bəzəkli şeylər haqqında düşünmək olmurdu. 1995-ci ildən sonra Almaniya fabrikləri də aktuallığını itirən qabları istehsal siyahısından çıxardılar.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »