Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan elektromobildən hələ də “elektrik almır”
Azərbaycan elektromobildən hələ də “elektrik almır”

Elektromobil problemin həllidir, yoxsa özü problemdir? Bununla bağlı mübahisələr səngimir.

Rusiyada nəşr olunan “Arqumentı i faktı” qəzetində Xarici işlər və müdafiə siyasəti üzrə Şuranın üzvü Aleksandr Losevin maraqlı müsahibəsi var. Elektromobillərin xeyri ilə yanaşı ziyanından da yazıb. Deyirdilər ki, elektromobillər atmosferi çox zəhərləmir. Losev də iddia edir ki, 100 km məsafədə “Evro-5” standartına uyğun benzin avtomobili havaya 9 kq, elektromobil isə 14-19 kq dəm qazı buraxır. Ancaq yenə də Qərb ölkələrində düşünürlər ki, gələcək elektromobilin olmalıdır. Çətinliklərin çox olmasına baxmayaraq...

Bir çətinlik də ölkədə elektrik enerjisinə tələbatın artması olacaq. Məsələn; Britaniyada bütün avtomobil parkını elektromobillərə çevirmək indikindən 20 qat çox elektrik enerjisi istehsal etmək deməkdir. Və bütün Britaniya maşınlarını akkumlatorla təmin etmək indikindən iki dəfə çox kobalt sərfiyyatı tələb edir.

Mütəxəssislər avtomobil parkının şəhərlərin, başqa yaşayış məntəqələrinin enerji təchizatı sistemindən yararlanmasının yarada biləcəyi problemlərdən də narahatdırlar. Onsuz da indi hətta Bakıda enerji verilişlərində tez-tez fasilələr var. Bir də avtomobillər enerjini şəhərlərin enerji sistemindən alarsa, görün, nələr baş verər!

Əslində bunlar olmasa belə, elektromobillər hamı üçün əlçatan deyil. Benzinlə işləyən maşından baha başa gəlir. Bunu da almaq hər kişinin işi deyil. Məsələn;

  • Fransada və Almaniyada elektromobillərə marağı artırmaq üçün 7-9 min avro subsidiya verir. Yəni, dövlət elektromobil alanın xərcinin - maşının qiymətinin bir hissəsini ödəməyi öz üzərinə götürür.
  • Norveç hökuməti, elektromobil alana 4 min avro “sayır”.
  • Niderlandda biznes üçün alınan avtomobillərə görə 5000 avro, taksi xidməti üçün alanlara 10 min avro subsidiya buraxır.

Bizdə də ekspertlər hesab edir ki, qiyməti 30 min dollara qədər olan elektromobilin dəyərinin 10-20 faizini dövlət ödəsə yaxşıdır. Ancaq hələ ki, bu təkliflərə də reaksiya yoxdur.

Elektromobilə tələbatın az olması, həm də enerji təchizatı məntəqələrinin azlığı ilə bağlıdır. Çox səbəb var. Doğrudur, dövlət elektromobil idxalçılarına bəzi vergi güzəştləri də verib. Ancaq vəziyyət ciddi dəyişməyib.

Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »