Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan-İran münasibətlərində vasitəçiyə ehtiyac yoxdur”
“Azərbaycan-İran münasibətlərində vasitəçiyə ehtiyac yoxdur”

Rusiya və İran xarici işlər nazirləri Xəzər regionunda əməkdaşlığı, Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov danışıqlarda ikitərəfli münasibətləri, Əfqanıstan və Suriyadakı vəziyyəti ətraflı müzakirə etdiklərini söyləyib: “Bundan başqa, Xəzər regionundakı əməkdaşlığı, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyasını, Cənubi Qafqazda vəziyyəti, Yaxın Şərq və Şimali Afrika regionundakı prosesləri müzakirə etdik”.

Brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, Abdullahian “sionist rejim” ifadəsini yenə təkrarlayıb və Azərbaycanı ittiham etməyə davam edib. Bununla belə, o, tezliklə Bakı və İrəvana səfər edəcəyini bildirib. Bu barədə Azərbaycan XİN-in mövqeyi hələ məlum deyil. Bu səfərə münasibət necə olacaq və ən əsası, sərt ritorikanı davam etdirməklə, hansısa yumşalmadan, gərginliyi azaltmaqdan söz gedə bilərmi? Əlbəttə, Bizimyol.info Azərbaycan XİN-in mətbuat xidmətinə sorğu verib və hələ cavab gözləyir.

Bu mövzuda Bizimyol.info saytına danışan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, bu səfərin baş tutması müsbətdir və Bakıda buna isti yanaşacaqlar.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Əlbəttə, davamlı ritorika mübadiləsi ürəkaçan deyil. İran və Azərbaycan heç vaxt müharibə etməyəcək. Edə də bilməz. Bu ölkələrin arası nə qədər gərgin olsa belə, müharibə səviyyəsində olan digər münaqişələrlə müqayisə oluna bilməz. Mən bundan əvvəl də demişəm ki, başqa səbəblər və Azərbaycan əslində bəhanədir. Tehrandakı bəzi siyasi dairələr daxili çəkişmələrdə Azərbaycan faktorundan istifadə edirlər. Amma bu çox davam edə bilməz. Belə bir qarşıdurma heç bir tərəfə sərf etmir. Hətta İran Azərbaycandan güclü olmasına baxmayaraq, bu gərginliyi uzatmaqla regionda çox çətin duruma düşə bilər. Bir tərəfdən, Türkiyə ilə gərginlik artacaq, digər tərəfdən də, Pakistanla sərhəddə toqquşma baş verib və Pakistan sərhədlərə qoşun toplayır. Hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün, uğurlu xarici əlaqələr qurmalıdır. Və Azərbaycan da müstəqillik illərində özünə sınanılmış tərəfdaşlar, müttəfiqlər tapmağa çalışıb, müəyyən mənada buna müvəffəq olub. İranla münasibətlərimiz heç vaxt yüksək səviyyədə olmayıb, lakin bu münasibətləri qorumaq üçün real addımlara, görüşlərə ehtiyac var”.

T.Zülfüqarovun fikrincə, Abdullahian öz ittihamlarına Bakıda cavab alacaq: “Əlbəttə, o öz mövqeyini təkrar ifadə edəcəksə, müvafiq şəkildə də cavab alacaq. Düşünürəm ki, gərginliyi azaltmaq üçün, ritorikadan mümkün qədər uzaq olmaq lazımdır”.

Zərdüşt Əlizadə Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə Bizimyol.info saytına bildirib ki, İran-Azərbaycan münasibətlərindəki gərginlik heç də bəzilərinin düşündüyü kimi, Ermənistanla bağlı deyil: “Ermənistanın İran siyasətinə təsiri sıfıra bərabərdir. Açığı, İran rəhbərliyinin nə etmək istədiyi, Azərbaycandan nə gözlədiyi məlum deyil. Azərbaycanın müstəqil siyasətinə, İsrail, Türkiyə və Pakistanla əlaqələrinə və Ermənistan üzərində qələbəsinə Tehranda müəyyən qısqanclıqla yanaşırlar. Amma Azərbaycan kiməsə görə öz tərəfdaşlıq münasibətlərinə, xarici siyasətinə korrektə edəsi deyil”.

Lakin politoloqun fikrincə, dialoq üçün zəmin var: “Azərbaycan-İran münasibətlərində vasitəçiyə ehtiyac yoxdur. Bu iki dövlətin rəhbərliyi danışaraq dil tapa bilərlər”.

Zərdüşt Əlizadə xatırladıb ki, artıq ərəb ölkələri də İsraillə münasibətləri normallaşdırmağa çalışırlar: “Artıq onlar da anlayır ki, İsraili regiondan silə bilməyəcəklər. İsrail özünə “siyonist rejim” sözünü təhqir bilmir. Onlar Siyon dağı ətrafında dövlət qurmağa çalışıblar və buna nail olublar. Bununla barışmayan İran nədənsə 28 ildir Azərbaycan torpaqlarının, İslam torpağının işğalda olmasına biganə yanaşdı”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »