Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri başlayıb
Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri başlayıb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bratislava şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycanın Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və bu ölkənin rəsmi şəxsləri qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiyanın Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Səfər oktyabrın 9-da başa çatacaq.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› “Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »