Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Filmdə 11 fərqli obrazı canlandırmağımı istədi, mən razılaşdım" - Fotolar
"Filmdə 11 fərqli obrazı canlandırmağımı istədi, mən razılaşdım" - Fotolar

"Uzun yolun bələdçisi" sənədli filmi, görkəmli sənətkar Ramiz Həsənoğlunun ömür yoluna - 75 illik yubileyinə həsr olunub.

Elman Rəfiyev və aktyorlar

Filmdə rol alan "Pantomima" teatrının aktyoru, əməkdar artist Elman Rəfiyevlə film haqqında danışdıq.

"Mənim televiziyada ilk televiziya rejissorum, kinoda ilk kino rejissorum Ramiz Həsənoğlu olub. Mən ilk dəfə bu sənətə, kinoya görə gəlmişdim. Teatra o qədər də meyilli deyildim. Düzdür, teatrla məşğul olurdum, amma kino aktyoru olmaq istəyirdim. İncəsənət universitetinə daxil olduqdan sonra gördüm ki, teatr bu sənətin əlifbasıdır. Aktyor, daim formada qalmaq üçün teatrla məşğul olmalıdır. Həmin dövr durğunluq dövrü idi. Kinolar az çəkilirdi. Mən kinoya çəkilmədim və bu həsrəti uzun illər özümlə daşıdım" - deyə əməkdar artist E.Rəfiyev danışır.

1996-cı il AzTV-də "Mavi işıq" adlı Yeni il şənliyinin rejissoru Ramiz Həsənoğlu, yeni yaranmış "Pantomima" Teatrının gənclərini proqrama çəkir. Və ilk dəfə bu şənlik proqramında "Pantomima" teatrının klounları yaranır.

Elman Rəfiyev və aktyorlar

Elman Rəfiyevin istedadını sərgilədiyi proqramda Ramiz Həsənoğlunun, ilk televiziya rejissoru olması, aktyorun yaradıcılığında böyük rol oynayır. Elman Rəfiyev, ilk rejissorundan çox şey öyrəndiyini xüsusi qeyd edir. Görkəmli sənətkar Ramiz Həsənoğlunun ekranlaşdırdığı "Nigarançılıq", "Yaşıl eynəkli adam-2", "Nekroloq", "Yaşıl eynəkli adam-3", "Bəylik dərsi və ya keçmişdən gülməcələr", "Mürafiə vəkillərinin hekayəti" və s. bir çox televiziya tamaşalarında rol alan Elman Rəfiyev, sonradan Ramiz Həsənoğlunun "Dədə Qorqud Oğuznamələri" filmlər silsiləsinin ikincisi "Salur Qazanın evi talandığı boy", "Sübhün səfiri" və Hüseyn Cavid haqqında çəkdiyi "Cavid ömrü" filmlərində də kiçik bir rol alır. "Cavid ömrü" filmində ifa etdiyi rolunu debütü hesab edən Elman Rəfiyev deyir ki, həmin filmdə 2 dəqiqəlik çıxışı hər kəsin ürəyindən olur.

"Bu il, Ramiz Həsənoğlunun 75 illik yubileyi olub. AzTV kanalı qərar verdi ki, onun həyat yolundan bədii-sənədli televiziya filmi çəkilsin. Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru isə Azərbaycan Televiziyasının Kino-Proqram redaksiyasının rəhbəri Elnur Məmmədovdur. Mənə təklif də Elnur Məmmədovdan gəldi. O, filmdə 11 fərqli obrazı mənim canlandırmağımı istədi. Mən də sevə-sevə razılaşdım" - deyən aktyor, R.Həsənoğlu haqqında çəkilən filmdə aktyorluq etməyin qürurverici olduğunu bildirir.

Elman Rəfiyev və aktyorlar

Filmin çəkilişləri uzun zaman alıb. Qobustanda, Balaxanıda, açıq və qapalı məkanlarda, muzeydə çəkilişləri olan filmdə Elman Rəfiyev; xalq artistləri Cahangir Novruzov, İlham Namiq Kamal, Afaq Bəşirqızı, Səidə Quliyeva, Məmməd Səfa, Mabud Məhərrəmov, Vidadi Həsənov və əməkdar artistlər Sənubər İsgəndərli, Hacı İsmayılov, Dilarə Əliyeva, Oleq Əmirbəyov və Yuğ teatrının aktyoru Əbdülqəni Əliyev ilə tərəf müqabili olub.

Cahangir Novruzov, Ramiz Həsənoğlunun bütün filmlərində rol aldığı üçün Türkiyənin Adana şəhərində yaşamasına baxmayaraq, Bakıya dəvət edildi. Cahangir Novruzov öz rolunu oynadıqdan sonra geri qayıtdı.

Cahangir Novruzov və Elman Rəfiyev

"İş prosesimiz çox maraqlı idi. Sənubər İsgəndərli ilə bir səhnəyə çəkildik. Qrim ustamız Vəfa xanım, çox bacarıqlı idi. Mənim Teymurləng obrazımı elə yaratmışdı ki, özümün də xoşuma gəldi" - deyən aktyor, filmin çəkiliş prosesindən maraqla danışır.

Elman Rəfiyev

E.Rəfiyev, filmdə hər dövr üçün xarakterik olaraq, qasid rolunu oynayır və Ramiz Həsənoğlunun yubiley dəvətnaməsini gətirir. Sonda isə dəvətə gələn qonaqları qarşılayan lakey obrazını oynayır.

Aktyor deyir ki, filmin çəkilişləri maraqlı olub, ancaq montaj prosesi də olduqca uzun vaxt alıb. Artıq film hazırdı və yaxın günlərdə AzTV vasitəsilə Azərbaycan ictimaiyyətinə təqdim ediləcək.

Elman Rəfiyev

İlahin, Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »