Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fövqəladə Hallar Nazirliyi iki mühüm səlahiyyətini itirdi
Fövqəladə Hallar Nazirliyi iki mühüm səlahiyyətini itirdi

“Dövlət Ehtiyatları Fondu” publik hüquqi şəxs yaradılıb. Qurum Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında formalaşacaq.

Agentliyin sədrini və iki müavinini Pezident özü təyin edəcək. Taxıl Fondu da bu Agentliyin tərkibinə verilir. Fərmanda göstərilir ki, Agentlik dövlət büdcəsi vəsaitləri və qanunla qadağan olmayan başqa mənbələr əsasında maliyyələşəcək. “Qanunla qadağan olunmayan” ifadəsi o deməkdir ki, Agentlik hansısa xidmətlər göstərəcək, ya ticarətlə məşğul olacaq. Tam anlaşılmır. Bunlar qurumun Nizamnaməsində dəqiq göstəriləcək.

Bu fərmanı təhlil etdikdə məlum olur ki, əslində bu sahədə aparılan işlər Prezidenti qane etməyib. Məsələn, sənəddə “strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması” haqda danışılır. Yəni bu iş effektiv görülmür. Yəni FHN stateji ehtiyatlar yaratmaqda ya çətinlik çəkib, ya səhlənkarlıq edib, ya da başqa çatışmazlıqlar olub. Bundan başqa, Agentliyin yaradılması “daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlılığının artıtılması” ilə də əsaslandırılır. Yəni bundan əvvəlki strukturun “mənfi təsirlərə qarşı”, necə deyərlər, davamlı olmadığı fikri yaranır. Başqa səbəblər də göstərilib. O cümləədən “qabaqcıl tənzimləmə və idarəetmə” də olmayıbmış.

Ancaq fərmandan göründüyü kimi, Prezident strateji ehtiyatların formalaşmasına özünün birbaşa nəzarətini təmin edir. İndiyə qədər Dövlət Material Ehtiyatları Agentliyi rəhbərinin Prezidentə, yaxud onun Administrasiyasına birbaşa çıxışı, ən azı formal baxımdan olmayıb, Agentlik nazirə hesabat verib, o da daha yuxarı qurumlara çıxıb. İndi isə Prezident Dövlət Ehtiyat Agentliyini özünə birbaşa bağlayıb. Bu, birinci əsas məsələ.

İkinci məsələ, regionda, dünyada  gedən proseslər, geosiyasi maraq toqquşmalarının şiddətlənməsi və bizim regionu da əhatə etməsi, qlobal iqlim dəyişikliyi, pandemiya kimi katakkizmlərin nəticəsində strateji ehtiyatlarlar yaratmağın, qorumağın və düzgün yararlanmağın əhəmiyyətinin daha da artmasıdır. Başqa bir məsələ də Azərbaycana strateji malları ixrac edən ölkələrdə yaşanan fors-major situasiyaların çoxalması, eləcə də, həmin ölkələrin hökumətlərinin gözlənilməz qərarlarıdır. Məsələn, Rusiya bu yaxınlarda qəbul olunan qərar taxılın bahalaşmasına səbəb oldu. Azərbaycanın isə ən çox taxıl idxal etdiyi  ölkə Rusiyadır. Belə hallar başqa ölkələrlə də baş verə bilər. Dünyada ərzaq, ərzaq taxılı, eləcə də,  başqa strateji qida və sair mal və məhsulları qıtlaşdıqca, resurslar uğrunda savaş şiddət qazanır. Bu halda idxalatçı ölkələr çətinliklər yaşayır. Azərbaycan hökuməti, böyük ehtimalla, strateji ehtiyatlar yaradılmasında daxili potensialdan daha effektiv istifadə etməyə çalışacaq. Fərmanın məqsədlərindən biri də bu ola bilər. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası çöyük miqyaslı layihələrin reallaşması deməkdir. Çox güman ki, bunun üçün də ehtiyatların səmərəli toplanmasına ehtiyac yararıb.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »