Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəyanatlar göstərir ki, Paşinyanla Əliyevin görüşünə hazırlıq gedir”
“Bəyanatlar göstərir ki, Paşinyanla Əliyevin görüşünə hazırlıq gedir”

"Bildiyiniz kimi, Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəmiz hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir. Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik".

Bizimyol.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü baş tutarsa burada hansı məsələlərin müzakirə edilə bilər deyə sualını cavablandırarkən deyib.

İdarə rəisi qeyd edib ki, biz post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik: "Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik. Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqaməti konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər".

Bu mövzuda Bizimyol.info saytına danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, “müsbət siqnallar” və ritorika mübadiləsi fonunda Naxçıvana Ermənistan üzərindən hava yolunun açılması artıq real addımlara keçidin başladığını göstərir.

Zərdüşt Əlizadə Zərdüşt Əlizadə

“Ya biz – Azərbaycan və Ermənistan xalqları əbədiyyən bir-birimizi qırmalıyıq, ya da regionda birlikdə yaşamağın yollarını axtarmalıyıq. Hardansa, nədənsə başlamaq lazım idi. Düşünürəm ki, Ermənistan hakimiyyəti də bunu dərk edir. Nikol Paşinyan da yaxşı başa düşür ki, belə çox davam edə bilməyəcək. O gözlədi ki, bir müddət keçsin, Ermənistan xalqı bu məğlubiyyətin acısını keçirsin və ondan sonra real addımlara başlasın”,- deyə Z.Əlizadə qeyd edib.

Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyəti həm daxildə müxalifətin, həm də diasporun təzyiqləri altındadır.

“Ona görə də, bu proseslər müəyyən qədər yubanır və hər şey birdən olmayacaq. Əlbəttə, Ermənistanın da öz maraqları və tələbləri var. Sülh danışıqları müəyyən zaman alacaq. Amma önəmli olan müharibənin təkrarlanmaması və danışıqların başlanmasıdır. İrəvandan da, Bakıdan da verilən son bəyanatlar göstərir ki, artıq dövlət başçılarının görüşünə hazırlıq gedir. Və görüş ərəfəsində müəyyən yumşaldıcı addımlar atılır. Bu və digər qərarlar görüş atmosferinə mühüm təsir göstərəcək”,- deyə Zərdüşt Əlizadə qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın status məsələsində mövqeyi aydındır: “Lakin qarşı tərəf də başa düşür ki, inad göstərməyin də faydfası yoxdur. Gərginliyi azaltmaq lazımdır. Türkiyə və Rusiya da bu mövqedən yanaşır. Ona görə də, hesab edirəm ki, danışıqların başlaması üçün yavaş-yavaş şərait yetişir. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın sosial-iqtisadi dirçəlişi deməkdir. Tədricən, Ermənistan xalqı da bunu anlayacaq”.

Politoloq əmindir ki, Naxçıvana hava yolunun açılması davamlı bir prosesin başlanğıcıdır: “Mən əminəm ki, bu proses davam edəcək. Görüşlər və danışıqlar nəticəsində daha yeni xəbərlər eşidəcəyik”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »