Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana gələn vaksinlər Türkiyədə iki laboratoriyada testdən keçirilir
Azərbaycana gələn vaksinlər Türkiyədə iki laboratoriyada testdən keçirilir

“Peyvəndlərin tərkibi ilə bağlı hər kəsin narahatlığını başa düşürük”.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

Y.Qarayeva bildirib ki, “CoronaVac” peyvəndi tərkibi və istehsal platforması bizə çox aydın və açıq olduğu üçün ilk olaraq bu peyvənd seçilib və ölkəyə gətirilib: “Uzun illərdir, “Hepatit A” peyvəndi eyni fabrikdə eyni üsulla hazırlanır. Eyni şəkildə də koronavirusun peyvəndi eyni texnologiya ilə hazırlanmışdı. Digər tərəfdən, bundan sonra ötən il dekabr ayının sonlarında Türkiyəyə səfərimiz zamanı oradakı laboratoriyaların imkanından istifadə etmək üçün müraciət etdik. Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testlərdən keçirilir. Hətta o cavablar daxil olmadan Səhiyyə Nazirliyi tərəfindən vaksinlər istifadəyə verilmir”.(apa)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »