Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ qazisinin həyatı təhlükədədir, Ədliyyə Nazirliyi qulaqardına vurur
Qarabağ qazisinin həyatı təhlükədədir, Ədliyyə Nazirliyi qulaqardına vurur

Ötən gün Ədliyyə Nazirliyinin müalicə müəssisəsinin infeksiya şöbəsində saxlanılan məhkum Kərəm Mənsimovun Bizimyol.info-ya şikayətini dərc etmişdik.

Onun sözlərinə görə, vəziyyəti ağır olsa da, xəstəxananın Ceyhun adlı həkimi onu müayinə və müalicə etməkdən boyun qaçırır. Şikayətə görə, müalicə üçün “görüm-baxım” tələb olunur, amma onun maddi imkanları məhduddur. Kərəm Mənsimov 1-ci Qrabağ savaşının iştirakçısıdır. Hazırda yeganə gəlir mənbəyi də məhz Qarabağ qazisi olaraq dövlətdən aldığı müavinətdir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “səhhətində problem olan məhkumlara dərhal lazımi tibbi yardım göstərilir. Onlar zəruri müayinə və müalicəyə cəlb olunur”.

Ədliyyə Nazirliyindən isə Bizimyol.info-ya bildirilib ki, Kərəm Mənsimov hazırda da Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir və durumu stabildir: “Zəruri olan bütün müayinə-müalicələrlə təmin olunur. Bununla bağlı heç bir problem yoxdur. Hazırda vəziyyəti stabildir”.

Amma bu gün məlum olub ki, Nazirliyin sözü ilə əməli üst-üstə düşmür. Yenidən redaksiyamıza üz tutan şikayətçi Ceyhun həkimin nəinki onu müayinə və mülicə etmədiyini, üstəlik, onunla kobud davrandığını bildirib. Onun sözlərinə görə, müayinə və müalicə adına heç bir tədbir görülmür, sadəcə, uzanıb ölümünü gözləyir.

Ədliyyə Nazirliyi məhkumların müalicəsi üçün dövlət büdcəsindən milyonlarla manat həcmində vəsait alır. Amma bu sahədə heç bir şəffaflıq yoxdur. Dərmanların və avadanlıqların haradan alındığı, tenderlərin necə keçirildiyi və kimlərin qalib gəldiyini elə Nazirliyin özündən başqa heç kim bilmir. Bircə dənə başağrı dərmanı da məhkumlara “elə-belə” verilmir. Ərzaq təchizatı sahəsində də vəziyyət eyni gündədir.

Amma Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə məmurlarının başı “xırdabaş” bələdiyyə işlərinə qarışdığına görə milyonların hara getdiyini “araşdıra bilmir”.

Qarabağ qazisinin səhhətini diqqətdə saxlayacaq və əlavə məlumat verəcəyik.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »