Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantlar Avropa İttifaqı ərazisinə yeni yol tapıb
Miqrantlar Avropa İttifaqı ərazisinə yeni yol tapıb

Əfqanıstandan, İraqdan, Suriyadan gələn miqrantların əsas məqsədi Avropa İttifaqı ərazisinə ayaq basmaqdır. Onlar əsasən Türkiyəyə və Belarusa üz tutur. Postsovet ölkəsi daxilindən marşrut may sonlarından çox populyarlaşıb. Əfqanıstandan, İraqdan, Suriyadan gələnlər Belarusdan Litvaya, Latviyaya, Polşaya keçməyə çalışır. Amma adı çəkilən Şengen ölkələri nəzarəti çox artırıb. Ona görə də yeni yollar axtarmaq lazım gəlir.

Bizimyol.info xəbər verir ki, Avropaya üz tutanlar müəyyən qədər istəyinə çatır. Onlar Estoniyadan Finlandiyaya keçə bilirlər.

Finlandiya mətbuatı yazır ki, ölkənin hüquq-mühafizə orqanları 10-a qədər iraqlı qaçaqmalçını saxlayıb. Onların əksəri Finlandiyada yaşayır. Yəni yerli şəraiti yaxşı bildiklərindən ölkəyə miqrant daşınmasıyla məşğuldurlar.

Fin körfəzinin sahil nəzarətinin cinayətlər üzrə departamentinin rəisi Yukka Tekokoski 7 cinayət işinin açıldığını bildirib. Onun sözlərinə görə, miqrantlar bərələrlə Estoniyadan Finlandiyaya keçirlər. Eston həmkarlarla artıq əlaqə saxlanılıb. Vəziyyət nəzarətə götürülüb. Tekokoski bu yolla Finlandiyaya gəlib çıxmağın hər miqranta təxminən 15 min avroya başa gəldiyini deyib.

Miqrantlar Estoniyadan bərələlərlə gəlir. Belə görünür ki, yoxlamadan yayınmaq yolu tapılıb. Bundan sonra minik avtomobillərinin yük yerində gizlənirlər. Beləcə, Finlandiyanın dərinliklərinə gedib çıxa bilirlər.

Növbəti miqrant axını maydan başlayıb. Avropa İttifaqı bu işdə Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun əli olduğunu bildirir. Çünki Minskdə dövlətə məxsus turizm operatorları əfqanların, iraqlıların, suriyalıların sərhədlərə daşınmasını təşkil edir. Avropa İttifaqı konkret sübutlar ortaya qoyub.

Baltikyanı ölkələr vəziyyətdən çox narahatdır. Polşa isə həmin ölkələrlə müqayisədə daha sərt tədbirlər görməyə başlayıb. Belarusla sərhəddə havaya vertolyotlar qalxır. Polşa burada fövqəladə rejim müddətini daha iki ay artırıb. Litva da Belarusla sərhəddə böyük qüvvə cəlb edib. Ordu məsələyə qarışıb. Litva Belarusdan gələn miqrantların qarşısını maksimum almağa çalışır. Hətta sərhədlərin bir hissəsi məftillənir.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »