Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Manipulyasiya nədir, necə başa düşülür və texnikaları nədir?
Manipulyasiya nədir, necə başa düşülür və texnikaları nədir?

İş yerində, mağazada, münasibətinizdə və ya ailənizdə istəmədiyiniz bir şeyi etmədiyiniz təqdirdə məruz qaldığınız fikirlər manipulyasiyadır.

Manipulyasiya nədir, necə başa düşülür və texnikaları nədir?

İlk öncə unutmayın ki, qarşısındakı insanı manipulyasya edən şəxs güclü deyil, acizdir. Psixoloq Sharie Stines qeyd edirmiş ki, manipulyasiya ustası olan şəxslər, qarşılarındakı insana zülm edərək və yaxud özlərini qurban kimi göstərərək hər istədiklərini etdirməyə çalışırlar. Manipulyasiyaya məruz qalan şəxs isə bunu başa düşməyə bilər. Çünki istəniləni etmədiyi təqdirdə təhdidlər ala bilər.

Qarşısındakını manipulyasiya etməyə çalışan insanların əsl məqsədi, digər insanları idarə etməkdir. Manipulyator, insanlarla bir dialoq qurmaq əvəzinə ya zülmkar, ya da qurban roluna girərlər və duyğu hücumuna keçərlər. Sizin üzərinizdə manipulyatorluq etmək istəyən şəxs; vəzifəcə sizdən üstündürsə, zülmkar, sizdən vəzifəcə aşağıdırsa, qurban rolunu oynamağa çalışacaq. Zülmkar rolunda olan manipulyatorlar daha fərqli yerlərdə qarşınıza çıxa bilər. Partnyorunuz münasibətdə alfanın özü olduğunu düşünürsə, ailə böyükləriniz sizin üzərinizdə güclü təsir edə biləcəyini düşünürsə, partnyorunuz avtomobilinizin kreditini ödəmək üçün nə istəsə edəcəyinizi bilirsə və s. bu kimi fərqli vəziyyətlərdə zülmkar roluna girə bilər.

Manipulyasiyanın başa düşülməsi tamamilə sizin hisslərinizə bağlı bir vəziyyətdir. Belə ki, professional bir manipulyatora "Məni manipulyasiya etmə" desəniz, daha çox hücuma məruz qalacaqsınız. Çünki ünsiyyət zamanı qorxur, narahat hiss edir və nəyinsə düzgün olmadığını hiss edirsinizsə, bu manipulyasiyadır. Ancaq sübut edə bilməzsiniz.

Professional manipulyatorlar həyatı boyu sağlam bir münasibət qura bilməyən aciz insanlar olduqları üçün bildikləri tək üsul budur. Bəzi manipulyatorlar üçün "güclü xarakter" sahibi deyirlər. Xeyr, manipulyatorlar güclü deyil. Əksinə zəif olduqları üçün bu yoldan istifadə edərlər. Əgər bir şəxs sizi davamlı olaraq nə isə etməyə məcbur edirsə, qarşı çıxdığınız zaman üzərinizə gəlirsə, əgər istədiyini etməyəcəyiniz təqdirdə vəziyyətin daha da pis olacağını deyirsə bu manipulyasiyadır.

Manipulyatorlar nə edər?

  • Sizi hər zaman evinə, avtomobilinə və tanıdığınız məkanlara aparar.
  • Hər zaman ilk olaraq sizin danışmağınızı istəyərək, zəif yerlərinizi öyrənməyə çalışar.
  • Real olanları pozaraq, meydana çox dramatik bir reallıq çıxarar.
  • Mənasız məlumat və statistikadan bəhs edərək intelektual zülmkarlıq edər və sizə üstünlük verməyə çalışar.
  • Mövzu nə olursa olsun, ən kiçik ehtimalları dilə gətirərək sizi həvəsdən salmağa çalışar.
  • Pis bir sürprizlə sizi yıxmağa hazırdır.
  • Qərar verməyiniz üçün sizə çox zaman verib sizi stresə salar.
  • Zəif yerlərinizi üzə çıxararaq əhval ruhiyyənizi poza bilər.
  • Mütəmadi olaraq sizi günahlandırar, tənqid edər, ələ salar.
  • Sizin danışığınıza qarşı səssiz qalıb heç nə danışmaz.
  • Məlumatsız kimi davranaraq özünüzü yüksək hiss etməyinizə imkan yaradar, amma zərbə çox yaxındır.
  • Sağlam psixologiyaya sahib olan şəxslər, aciz insanların manipulyasiyaları ilə tez-tez qarşılaşa bilər.
  • Əsas məqsədi, insana özünü pis hiss etdirməkdir.

Bəzi manipulyatorlardan qurtulmağın yolu çox sadədir. Bu insanları həyatınızdan atın, getsin. Dost, sevgili və ya həyat yoldaşı tərəfindən manipulyasiya edilirsinizsə, bir an olsun düşünmədən bu anormal insanı həyatınızdan silin. Əsla düzəlməyəcəklər və manipulyasiya etməyə öyrəndikləri, alışdıqları üçün gündən-günə vəziyyət daha da pisləşəcək. Tez bir anda bu şəxsdən qurtulun.

Bir də qurtula bilmədiyiniz manipulyatorlar var. Ailə, qohumlar, qonşular, iş yoldaşları və uşaqlarımız. Bu insanlardan asılılığımız olduğu üçün həyatımızdan çıxara bilmirik. Bu zaman nə etməli? Unutmayın, heç kim istəmədiyi heç nəyi etmək məcburiyyətində deyil. Buraxın, bir az da onlar incisin.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »