Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mussolininin nəvəsi seçkiləri səs çoxluğu ilə qazanıb
Mussolininin nəvəsi seçkiləri səs çoxluğu ilə qazanıb

İtalyan faşist diktatoru Benito Mussolini nəvəsi Rakele Mussolini Roma şəhər məclisinə keçirilən seçkilərdə ən çox səs qazanan namizəd olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "İzvestiya" "The Guardian"a istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, ölkənin şimalında "İtaliya Qardaşları" ultra sağ partiyasına dəstək artdığı üçün namizəd 8200-dən çox səs alıb.

İlk dəfə 2016 -cı ildə İtaliya paytaxtının bələdiyyə məclisinə girən Rakele Mussolini millət vəkili olaraq ikinci müddətə seçilib.

O, bu müvəffəqiyyətin adı ilə deyil, zəhmətlə əlaqəli olduğunu qeyd edib.

Lakin bəzi insanlar Rakelenin qələbəsindən qəzəbləniblər. Onlar Mussolini soyadlı ailənin faşist keçmişini hələ də xatırladıqlarını bildiriblər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »