Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vaksin etibarlıdır və şiddətli malyariyaya qarşı önəmli şəkildə təsirlidir"
"Vaksin etibarlıdır və şiddətli malyariyaya qarşı önəmli şəkildə təsirlidir"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariyaya qarşı ilk vaksini təsdiq edib.

Bizimyol.info ÜST-ə istinadla xəbər verir ki, qurum Səhra Afrikasında uşaq ölümlərinə səbəb olan malyariya xəstəliyinə qarşı yeni hazırlanan RTS,S/AS01 vaksininin geniş istifadəsini tövsiyyə edərək təsdiqləyib. ÜST-ün Cenevrədəki mərkəzində keçirilən iclasda çıxış edən təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesus, təşkilatın təsdiqlədiyi vaksinin dünya üçün əhəmiyyətini vurğulayıb.

Karyerasına malyariya vaksini araşdırmaçısı olaraq başladığını deyən Gebreyesus, bu qədim və qorxunc xəstəliyə qarşı vaskinin yaradılacağı günü çox arzulayırmış. Gebreyesus qlobal səviyyədə malyariya ilə mübarizənin nəticəsi olaraq, xəstəliyin son illərdə azaldığını dilə gətirərək əlavə edib ki, hər il dünyada 200 milyon insan malyariyaya yoluxur və 400 min nəfər bu xəstəliyin qurbanı olur. ÜST və şəriklərinin malyariyaya qarşı yeni yaradılmış RTS,S/AS01 vaksinin pilot sınaqlarına 2019-cu ildə başladığını bildirən Gebreyesus, vaksinin təsirindən danışıb.

"Sınaqlardan sonra əldə etdiyimiz nəticələrə görə, vaksin etibarlıdır və şiddətli malyariyaya qarşı önəmli şəkildə təsirlidir" - deyə o, bildirib. Gebreyesus yeni növ koronavirusdan fərqli olaraq, malyariya xəstəliyi üçün tək çarənin vaksin olmadığını, vaksinin malyariyanın qarşısının alınması üçün "güclü yeni bir amil" olduğunu əlavə edib.

RTS,S malyariya peyvəndi 30 il müddətində hazırlanıb. Gebreyesusun fikrincə, peyvənd insanların sağlamlığı istiqamətində tarixin gedişatını dəyişdirəcək.

"Bu peyvənd, dünyaya bir hədiyyədir. Ancaq vaksinin dəyəri, malyariyanın daha ağır olduğu Afrika qitəsində - orada çox hiss ediləcək" - deyə o, vurğulayıb.

Peyvəndin 3-cü mərhələ araşdırmaları 2017-ci ildə sona çatıb. Pilot tətbiqetmə isə 2019-cu ildə Malavidə başlamışdı.

ÜST-ün təsdiqindən sonra Qlobal Peyvənd və Peyvəndləmə Birliyinin, peyvənd tətbiqini təsdiq etməsi və dozaları ölkələrə paylaması gözlənilir.

Xatırladaq ki, vaksin 2019-cu ildə Kenya və Malavidə 800 min uşağa tətbiq edilib. Malyariya əleyhinə hazırlanan vaksin, 4 doza şəklində uşaqlara 5-ci ayından sonra vurulacaq.

Qeyd edək ki, parazit daşıyıcısı olan ağcaqanadların sancmasından sonra başlayan və 7 günlük gizli inkubasiya dövründən sonra üzə çıxan malyariya xəstəliyi, özünü yüksək hərarət, tərləmə, baş ağrısı, ürəkbulanma, əzələ ağrıları, halsızlıq kimi qripə bənzər əlamətlərlə göstərir. Ölümcül xəstəliklər sırasında öndə olan və hər 2 dəqiqədə bir uşağın ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir. Malyariya səbəbilə, hər il 500 min nəfər ölür. Ölənlərin yarısı isə uşaqlar olur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »