Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göbələklə qarışdırılan böyük təhlükə: Dırnaq şişi hətta daxili orqanlara da yayıla bilər
Göbələklə qarışdırılan böyük təhlükə: Dırnaq şişi hətta daxili orqanlara da yayıla bilər

Türkiyə həkimi Necmettin Akdeniz dırnaqdan yaranan və tez -tez göbələklə qarışdırılan dırnaq şişi təhlükəsini gündəmə gətirib.

Bizimyol.info xəbər verir ki, həkim, açıqlaması zamanı şişin daxili orqanlara yayıla biləcəyi üçün erkən aşkarlanmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Həkim bildirib ki, zaman-zaman əl və ayaq dırnaqlarda görünən göbələklər, həkimlərin tətbiq etdiyi müalicə üsulları ilə ortadan qaldırılır. Amma elə dırnaq xəstəlikləri var ki, onlar, uzun müddət müalicə olunsa belə problem aradan qalxmır. Necmettin Akdeniz, dırnaqlarda bu pozğunluğun şiş səbəbli ola biləcəyini xüsusi vurğulayıb.

"Xərçəngdən şübhələnilən hallarda diaqnozu təsdiq etmək üçün dırnaq və alt dırnaq biopsiyası aparılır və şiş ən qısa müddətdə cərrahi üsullarla çıxarılır.

Dırnaq şişləri daha çox cərrahi yolla müalicə olunur. Şişin yerləşdiyi sahə lokal anesteziya edilir və şiş üçün uyğun cərrahi əməliyyatlar aparılır. Şişlərin növü dəyişsə də, əksər hallarda ən uğurlu müalicə üsulu cərrahi müalicədir.

Erkən, inkişaf etməmiş yaxşı və ya bədxassəli şişlər asanlıqla müalicə edilə bilər. Gec aşkarlanan dırnaq xərçəngi isə daxili orqanlara yayıla bilər”.

Leyla, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »