Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin də Azərbaycanın yolu ilə gedir...
Çin də Azərbaycanın yolu ilə gedir...

Çinin yerli "Xuansyu şibao" qəzeti yazır ki, Tayvanı materik Çini ilə birləşdirmək üçün Pekin “istənilən qüvvə ilə ölüm-dirim savaşına hazırdır”.

Qəzet Tayvan lideri Tsay İnvenin Foreign Affairs jurnalında dərc etdirdiyi məqaləsini şərh edir. Tsay İnven, Çinin artıq əvvəlki yanaşmasından imtina edərək adanı güc yolu ilə özünə birləşdirməyə hazır olduğunu və bunun “fəlakətli nəticələrə səbəb ola biləcəyini” yazıb. Bu məqalə Pekində Tayvanda hakimiyətə gəlmiş və daha Amerakpərəst siyasəy yeridən Demokratik Tərəqqi Partiyasının, adadakı “separatçı” rejimin “qorxudan titrəməsi” və Vaşinqtona kömək üçün yalvarması kimi qiymətləndirilir.

Tayvanı “müdafiə naziri” Çiu Kuo-Çeng də Çinin 2025-ci ilə qədər müddətdə Tayvanı özünə birləşdirmə imkanına malik olacaq. Dünən beynəlxalq mediada açıqlanan faktlar da bunu deməyə əsas verir: Çin hərbi təyyarələrinin ada ətrafında uçuşları bu il yanvarın 1-ə qədər olan 10-dan 52-yə qalxıb. Çinin hərbi əməliyyatlara başlaması an məsələsi kimi görülür.

Pekində də bu niyyət gizlədilmir. Xuansyu Şibao öz redaksiya məqaləsində yazır ki, Çin adaya hərbi müdaxilə edərək Tayvanı özünə birləşdirə bilər və “iqtisadi gücünə görə dünya ikincisi olan” Çin Xalq Respublikasına heç kim mane ola bilməz. Məqalədə deyilir ki, Tsay İnven də ABŞ-ın və başqa müttəfiqlərinin Tayvanın anneksiyasına qarşı çıxmayacağından narahatdır. Qəzet yazır ki, Tayvanın müstəqillik çabaları faktik olaraq “dalana dirənib”.

Qeyd edək ki, Azərbaycan 44 günlük müharibə ilə Ermənistanın işğalı altında olan bölgələrini azad edərkən və xüsusilə, hərbi əməliyyatlarda əldə edilən qələbədən sonra Çinn mediasında Tayvanı qondarma Qarabağ tejinibə bənzər bir rejim yaratmağa çalışmaqda ittiham ediblər. Çinin də bu yolla getməsi haqqında çağırışlar səslənib. Əgər Tayvanla paralellər aparmaq mümkün olsa, Qarabağdakı qondarma rejimi Ermənistan, Rusiyanın və İranın köməyi ilə yaratmışdısa, Tayvanın arxasında ABŞ və müttəfiqləri dayanıb. Bununla belə, Çin Tayvanı özünə birləşdirmək dedikdə öz ərazi bütövlüyünü bərpa etməyi düşünür. Azərbaycan da müstəqilliyini qazandıqdan bəri Çinin ərazi bütövlüyünü dəstəkləyir. Tayvanı müstəqil dövlət kimi tanımır.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »