Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqların qida və ya tənəffüs yollarına yad cisim düşərsə, hansı addımlar atılmalı...
Uşaqların qida və ya tənəffüs yollarına yad cisim düşərsə, hansı addımlar atılmalı...

Körpə uşaqların yad cismləri udması ilə bağlı hallara tez-tez rast gəlinir. Çox valideynlər isə bu cür hallarda hansı addımların atılacağından məlumatsızdır. Bu səbəbdən də belə hallar yaşanan zaman valideynlər daha çox təlaşa düşür və yalnış yöntəmlərdən istifadə edir. Bu da daha sonra ciddi problemlərin yaranmasına səbəb olur.

Pediatr Nurəngiz Hacıyeva Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, uşaqda ani olaraq boğulma əlaməti görən zaman valideynin ilk tibbi yardım etməsi mütləqdir.

Nurəngiz Hacıyeva Nurəngiz Hacıyeva

“Əgər yad cisim tənəffüs yollarında qalarsa, uşaqda göyərmə, tənəffüsün ani pozulması, öskürək ilə özünü biruzə verir. Bəzən isə yalnız təkrarlanan və sağalmayan öskürək, xırıltı, təkrarlanan bronxit əlamətləri olur.  Bəzən valideynlər özlərini itirib, barmağını uşağın boğazına salır. Bu tamamilə səhvdir. Çünki barmaqla cismi nəfəs borusuna da itələyə bilərlər.

1. Uşaq bir yaşdan böyükdürsə Heimlich manevrası edilir. Yəni, xəstənin huşu aydındırsa, onun arxasına keçilir və ayaqüstə durulur. Ardınca xəstənin döş nahiyyəsinə sürətli itələmə hərəkəti edərək, yad cismi çıxarmağa kömək edilir.

2. Əgər uşaq bir yaşdan kiçikdirsə, uşağın kürəyinə və döş qəfəsinə ard-arda vuruşlar edilir.

3. Uşağın tənəffüsü dayanarsa, təcili xəstəxanaya çatdırılmalı və süni nəfəs verilməlidir”.

Həkim bildirib ki, uşaqlarda yad cisim tək nəfəs yollarında deyil, qida borusunda da qala bilir.

“Bu zaman isə udmada çətinlik, ağız suyunda artma, iştah pozğunluğu, kilo itirməsi və öskürəyə səbəb olur. Udulan yad cismin ölçüsü əsasdır. Ölçüsü böyük olan əşyalar( dəmir pul, element) qida borusuna, mədəyə, bağırsağa keçərsə, əsas problem ölçü ilə bağlı yaranacaq. Qida borusunda anatomik olaraq 3 fizioloji darlıq var və cisimlər həmin bu darlıqlarda ilişib qalır. Uzun müddətli həmin nahiyyədə qaldıqda yerli iltihaba, qida borusunun deşilməsinə səbəb ola bilər. Bunun üçün də valideynlər diqqətli olmalıdırlar.

Yad cisim həzm sisteminə düşərsə, əsasən bağırsaqlar vasitəsilə xaric olur. Mexaniki, maqnit, dəmir tərkibli yad cisimlər isə həzm sistemində ilişib qala bilir və bağırsaqların deşilməsinə səbəb olur. Bu səbəbdən bu kimi yad cisimlər tez çıxarılmalıdır.

Dəmir pullar udan uşaqlarda əgər qəpik böyükdürsə, dərhal çıxarılmalıdır. Qəpik kiçikdirsə, uşaq nəzərətdə saxlanılmalıdır. Bu dövrdə isə uşaqlara duru qidalar verilməlidir. Çünki duru qidalar qəpiyin nəcis vasitəsilə çıxmağına kömək edir.

Nəcisdə qəpiyi gördükdə valideynlər həkimə yenidən müraciət etməlidirlər. Yox əgər çıxmazsa, təcili uşağı xəstəxanaya çatdırmaq lazımdır.

Uşağın tüpürcəyini uda bilməməsi, ürək bulanma, qusma halları isə təhlükəlidir. Dəmir pullar udan uşaqlarda qəpik kiçik olsa belə qusma, qanaxma elamətləri olarsa, dərhal çıxarılmalıdır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »