Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda kriptovalyuta bazarı: “İnsanların bununla bağlı geniş məlumatı yoxdur”
Azərbaycanda kriptovalyuta bazarı: “İnsanların bununla bağlı geniş məlumatı yoxdur”

Kriptovalyuta və ya qısaca kripto mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktivdir. Bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir.

Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu. Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı.

Daha çox gəlir əldə etmək istəyi bütün dünya üzrə insanları kriptovalyutalara ticarət və yatırım vasitəsi kimi baxmağa sövq edir. Bəs Azərbaycanda kriptovalyutalara maraq varmı?

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, kriptovalyuta bazarı son 10 ilin ən çox danışılan, trend olan mövzularından biridir.

Natiq Cəfərli Natiq Cəfərli

“İqtisadçı kimi bu məsələyə baxışım ondan ibarətdir ki, həddindən artıq spikulativ bazardır və aktivlərdir. Xəbər axınlarına reaksiya verən, arxasında isə real bir dəyər olmayan aktivdir. Bu 10 il ərzində daha çox xəbər axınlarına reaksiya verərək, qiymətin oynamasının şahidi olmuşuq. Amma qazanc imkanları da var.

Kriptovalyuta bazarında fəaliyyət göstərən, alqı-satqıda iştirak edən treyderlər, fiziki şəxslər, böyük şirkətlər və yatırım fondları var ki, bunlar bu bazarda baş verən dalğalanmalardan vəsait qazana bilirlər. Amma itirənlərdə kifayət qədər çox olur.

Azərbaycanda bu institutlaşmış bir bazar deyil. Azərbaycanda fiziki şəxlər var ki, birbaşa özləri bu işlə məşğuldurlar. Bəzi treyder şirkətləri var ki, onlar da vətəndaşlara bu bazara çıxış əldə etmək üçün dəstək göstərirlər. İnformasiya dəstəyi verirlər, bu bazarın fəlaiyyət prinsiplərini öyrətməyə çalışırlar və yaxud da birbaşa hansısa vətəndaşların adından əməliyyatların həyata keçirilməsində iştirak edirlər.

İqtisadçının sözlərinə görə, Türkiyədə 3 milyona yaxın insan bu bazarlarda fəaliyyət göstərir.

“Bizdə isə kriptovalyuta əməliyyatlarının həcmi o qədər də böyük deyil. Bu isə məlumatsızlıq məsələsidir. İnsanların bununla bağlı geniş məlumatı yoxdur.

Bir də bu bazarda ciddi risklər var. Qazanmaq həvəsi bəzən böyük həcmdə vəsaitlərin itirilməsinə səbəb olur. Buna görə də Azərbaycanda bu bazar inisitutlaşmayıb. Sadəcə fərdi qaydada insanların və bir neçə treyder şirkətlərinin işritak etdiyini söyləmək mümkündür”,- deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »