Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyatımızın kədərlə qarşıladığımız 4 ili qalan dövrdən daha yaxşı keçir
Həyatımızın kədərlə qarşıladığımız 4 ili qalan dövrdən daha yaxşı keçir

Əksəriyyətimiz 30 yaşa çatanda çox kədərlənirik. Elə bilirik ki, gənclik yavaş-yavaş geridə qalmağa başlayır. Halbuki insanın ən yaxşı həyat dövrü 30-da başlayır. İnsan bunu xeyli gec dərk edir.

Bizimyol.info xəbər verir ki, araşdırmalar həyatımızın kədərlə qarşıladığımız 4 ilinin qalan dövrdən daha yaxşı keçməsini ortaya çıxarıb. Almaniyada həyata keçirilən bir tədqiqat 30-34 yaş arası xüsusilə çox daxili rahatlıq əldə etdiyimizi müəyyənləşdirib. Alman jurnalist Sebastyan Herrmann yazır ki, əslində, insan məhz 30 yaşında həyatla bağlı ciddi planlar qurmağa başlayır. Yəni daha çox həmin yaşda böyüdüyümüzü hiss edirik.

Araşdırmada Almaniya, Avstriya, Fransa, İspaniya, Polşa, İsveçrə də daxil olmaqla Avropanın 13 ölkəsindən 27 min şəxs iştirak edib. Bura qoşulanların hamısının yaşı 50-dən yuxarı olub. Onlar öz keçmişini xatırlamağa çalışıb. İspaniyadakı Viqo Universitetindən iqtisadçı Beqanya Alvares deyir ki, insan 50-dən sonra keçmişini daha yaxşı analiz edə bilir. Araşdırmada iştirak edənlər də konkret fikir bildirməyə çalışıb. Əksəriyyət 45-dən sonra həyatındakı stressin artdığını deyib. Maraqlıdır ki, iştirakçıların heç biri uşaqlığı ən yaxşı dövr kimi xarakterizə etməyib. Bu həm də insanların uşaqlığındakı çox epizodları zaman fərqinə görə tez unutmasıyla bağlıdır.

Gözlənilən o idi ki, araşdırmaya kömək edənlər orta yaş böhranına görə 30-34 yaş arası dövrü yüksək qiymətləndirməyəcək. Amma əksinə, həmin 4 ilə xüsusi vurğu edilib. Fikrini bildirənlərin bir çoxu xoş günlərinin daha uzun müddət, bəzən onillərlə davam etdiyini deyib.

Araşdırmada iştirak edənlərin təxminən yarısının həyatında hansısa dövrü çox xoşbəxt keçib. Cinclər arasında müəyyən fərq yaranıb. Qadınların 48 faizi belə dövr yaşadığını deyib. Kişilərin isə 39 faizi elə dönəmi xatırlayıb.

Yaşı 70-i keçənlərin arasında indi də özünü xoşbəxt hiss edənlər var. Amma onlar da etiraf edir ki, 30 yaşlarında hər şey daha gözəl görünürmüş.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »