Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uşaqlar nəinki 5, hətta 6 yaşından da məktəbə getməməlidir”- Nazirə etiraz
“Uşaqlar nəinki 5, hətta 6 yaşından da məktəbə getməməlidir”- Nazirə etiraz

Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev tərəfindən yeni təkfil irəli sürülüb. O, bildirib ki, məktəbə başlama yaşı 5-ə salınmalıdır. Nazirin səsləndirdiyi bu təklif bir çox təhsil ekspertləri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Təhsil ekpertləri bildirirlər ki, məktəb yaşının 5-ə qədər azaldılması dünya təcrübəsinə əsaslanır.

Lakin bir məsələ var. Görəsən bizim cəmiyyətdə böyüyən körpələrin psixologiyası 5 yaşından məkətəbə getməyə hazırdırmı

Fərqanə Mehmanqızı Fərqanə Mehmanqızı

Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-nun suallarını cxavablandıran zaman bildirib ki, uşaqlar nəyin ki, 5 hətta 6 yaşından da məktəbə getməməlidir. “Deyirlər ki, xaricdə uşaqlar 5 və ya daha ərkən yaşlardan təhsilə cəlb olunur. Bu onsuzda bizdə də belədir. Uşaqlar 2 yaşından bağçaya cəlb olunur. Orada ətraf aləmi, sosiallaşmağı, ictimai etikanı, ailə dəyərlərini, “mən” dəyərini öyrənirlər. Bağçalar da təhsil müəssisəsidir və bunların hamısı uşaqlara pedaqoqlar tərəfindən öyrədilir.

Uşaqlarla işlədiyim üçün görürəm ki, 5-6 yaşlarda olan uşaqlar hələ məktəbə hazır deyil. Bu yaşda uşaqlar hələ oyuncaqlarla oynayaraq öyrənməlidirlər. Bu uşaqları 45 dəqiqə parta arxasında oturtmaq düzgün deyil.

Olqun yaşda anadan ayrılıb yad insanlara, müəllimlərə tabe olmağı daha doğrudur. 5 yaşlı uşaq parta arxasında əyləşə bilməz. Həmin yaşda uşaqlar oynayaraq öyrənməlidirlər. Biz isə bunu məktəbdə edə bilmərik. Çünki həm buna müəllimlər hazır deyil, həm də universitetdə pedaqoqlara 5 yaşında uşağın psixalogiyasını öyrənməsi üçün dərslər tədris olunmur. Bağçada isə bu sistem var”.

Psixoloqun sözlərinə görə, bağçalarda olan sistemi mükəmməlləşdirməklə, 7 yaşına kimi uşaqları formalaşdırıb, məktəbə vermək olar.  “Gerçək budur ki, dövlət məktəblərinin əksəriyyətində bir sinifdə 35-40 uşaq, lakin bir müəllimə var. Məktəblərdə nə müəllimə köməkçisi, nə də ikinci dərəcəli müəllim yoxdur. Buna görə də uşaqlar olqun, ailədən qopa bilən yaşda məktəbə göndərilməlidir. Deyə bilərsiniz ki, bağçada da uşaq 2 yaşında ailədən qopur. Amma burada vəziyyət tamamilə fərqlidir. Bağçaya gedən zaman uşaq rahat paltarda, ayaqqabılarda olur, oyunlar oynayır. Bunun üçün də azyaşlı uşaqlar kurslara, bağçalara göndərilməlidir, məktəblərə yox”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »