Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Umayra Tağıyeva: Son altı gündə aylıq miqdarda yağış yağıb
Umayra Tağıyeva: Son altı gündə aylıq miqdarda yağış yağıb

Payızın ortalarında artıq günlərin qısalması və havaların soyuması daha çox hiss edilir.

Bizimyol.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O ilin hər bir fəsli hava şəraitinin fərqləndirici xüsusiyyətləri ilə bərabər özünəməxsus gözəllikləri ilə seçilir. Payız fəsli də bu baxımdan istisna deyil:

“Bu ilin oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb.

Ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqləndi. Paytaxt buludlara büründü, tutqun payız ab-havası bizi əhatə etdi, hər gün yağış yağdı. Buna səbəb Mərkəzi Rusiyadan gələn soyuq antisiklonun qolu və sıra-sıra ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir”.

U.Tağıyevanın sözlərinə görə, düşən yağıntının miqdarı Şəmkirdə aylıq normanın 94, Ağstafada 103, Oğuzda 93, Balakəndə 98, Zaqatalada 111, Lənkəran-Astara zonasında 23-41 faizini (63-103 mm) təşkil edib.

“Bu ay, eyni zamanda, sel hadisələri qeydə alınıb. Yağan leysan yağışlar nəticəsində Əsrikçay-Əsrikcırdaxan (Tovuz), Girdimançay-Qaranohur (İsmayıllı), Talaçaydan (Zaqatala) sel keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 4, Qrız, Xınalıqda 3, Ləzədə 2 sm təşkil edib. Havanın orta sutkalıq temperaturu 16.9, 2020-ci ilin müvafiq dövründə isə 20.2 dərəcə isti olub ki, bu da ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır”, - deyə xidmət rəisi bildirib.

Paylaş »
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› Elnur Əşrəfoğlu vəfat edib
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
Son xəbərlər
Bütün xəbərlər »