Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis, fövqəladə hallar və bələdiyyə işçiləri dəvəquşularını axtarır
Polis, fövqəladə hallar və bələdiyyə işçiləri dəvəquşularını axtarır

Yaponiyanın Kyushu adasındakı Kikuchi şəhərində fövqəladə hallar və bələdiyyə işçiləri fermadan qaçan 54 nəhəng emu quşunun axtarışına cəlb olunublar.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS NHK telekanalına istinadən xəbər verir.

İlkin məlumatlara görə, dəvəquşuları otlağı əhatə edən hasarı aşıraraq fermanın ərazisindən çıxa biliblər. Onların 30-dan çoxu tutularaf sahibinə təhvil verilsə də, qalan quşların axtarışı davam edir, əməliyyata polis də qoşulub.

Bildirilir ki, yerli idarəetmə orqanlarının təşvişinə səbəb olan amil odur ki, emu dəvəquşuları insanlar üçün təhlükə yarada bilər. Çünki onlar saatda 50 kilometrə qədər sürətə çata, uzun məsafələri sürətlə qət edə bilir, həmçinin pəncələri ilə də güclü zərbələr endirə bilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »