Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda 5.9 bal gücündə zəlzələ olub
Pakistanda 5.9 bal gücündə zəlzələ olub

Pakistanın Bəlucistan əyalətində güclü zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinnin verdiyi məlumata görə, zəlzələ zamanı 6-sı uşaq olmaqla 20 nəfər həlak olub, 300 -dən çox xəsarət alan var. Ölənlərin sayının artacağı güman edilir.

Qeyd edək ki, ABŞ-ın Geologiya Xidməti daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də 5,9 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib.

Zəlzələnin episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə, zəlzələ ocağı 20,8 kilometr dərinlikdə yerləşib.

Bəzi ərazilərdə torpaq sürüşmələri baş verib. Zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış -xilasetmə işləri davam edir.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »