Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanlı nazir: “Avropa-Asiya nəqliyyat dəhlizinin artım potensialı aydın görünür”
Gürcüstanlı nazir: “Avropa-Asiya nəqliyyat dəhlizinin artım potensialı aydın görünür”

“Uzun illər ərzində Gürcüstan TRASEKA, Orta dəhliz və Qara dəniz-Xəzər dənizi koridoru kimi layihələrdə fəal iştirak edib. Bu layihələrin məqsədi Asiya və Avropa arasında effektiv, qısa və etibarlı nəqliyyat marşrutlarının yaradılmasıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava İstanbulda keçirilən Transxəzər Marşrutu üzrə nazirlərin (Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan) görüşü çərçivəsində keçirilən dəyirmi masada deyib.

Nazir ölkələr arasında regional nəqliyyat və logistika əlaqələrinin rolu və önəmindən danışıb və bu kontekstdə Gürcüstanın transkontinental oyunçu kimi əhəmiyyətini vurğulayıb.

“Gürcüstan tərəfdaş ölkələrlə nəqliyyat dəhlizlərinin effektivliyi və dayanıqlığını artırmaqda davam edir. Gürcüstan vasitəsilə yük daşımalarının artması Avropa-Asiya nəqliyyat dəhlizinin artım potensialını açıq şəkildə göstərir. Hətta COVID-19 pandemiyası dövründə biz belə marşrutların funksionallığını və artım tendensiyasını qoruyub saxlaya bildik”, - o deyib.

N.Turnava həmkarlarını Gürcüstanda həyata keçirilən nəlqiyyat-infrastruktur layihələr və bu istiqmətdə gələcək planlar barədə məlumatlandırıb. O qeyd edib ki, sağlam nəqliyyat infrastrukturu və müvafiq imkanların inkişafı Gürücstan üçün prioritetdir.

Nazir bu baxımdan bir neçə layihəyə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstanda tikintisi davam edən Şərq-Qərb magistral yolun və liman infrastrukturunun inkişafına diqqət yönəldib.

O vurğulayıb ki, Anakliya dərin dəniz limanı ilə bağlı yeni tenderin elan olunması planlaşdırılıb, həmçinin özəl investisiyalar hesabına logistika mərkəzlərinin inkişafı da gündəmdədir.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »