Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran tərəfinin Azərbaycana qarşı sərgilədiyi münasibət heç cür anlaşılan deyil"
"İran tərəfinin Azərbaycana qarşı sərgilədiyi münasibət heç cür anlaşılan deyil"

Son zamanlar Azərbaycan-İran münasibətlərində gərginlik müşahidə edilir. Bu gərginliyin səbəbkarı isə İrandır.

Laçın dəhlizindən qeyri-qanuni istifadə edərək, Azərbaycan ərazisinə yanacaq, sürtkü materialları, hərbi təyinatlı avtomobillərin və yük maşınlarının daxil olması faktı qeydə alınmışdı. Daha sonra Azərbaycan tərəfi İrana şifahi şəkildə xəbərdarlıq etməsinə baxmayaraq, bu yükdaşımaları davam etdirildi. Xarici İşlər Nazirliyinin rəsmi şəkildə təqdim etdiyi Notadan sonra da, bu fəaliyyət davam etdirildi. Hətta XİN-in təqdim etdiyi Nota, saymazyana qarşılandı və bundan sonra da bu kimi qeyri-qanuni addımların davamı gəldi. Buna qarşılıq olaraq Azərbaycan tərəfi Azərbaycan ərazisindən keçən 21 kilometrlik Gorus-Qafan yolunun bir hissəsini Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının vasitəsilə, İran avtomobillərinin nəzarətə götürülməsi və onların yoxlanılması və eləcə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergiyə cəlb olunması prosesi həyata keçirildi. Lakin bu addımlar qarşılqılı şəkildə davam etdikdə ikitərəfli münasibətlərdə gərginlik daha da yüksəldi.

İran Arazboyu ərazidə hərbi təlimlərin keçirilməsi ilə bağlı qərar verdi. Niyə 30 il Azərbaycan torpaqlarının işğal edildiyi dövrdə belə hərbi təlimlər keçirilmirdi? Niyə Azərbaycan öz müzəffər yürüşü ilə torpaqları işğaldan azad etdikdən sonra bölgədəki erməni vandalizminə və barbarlığıan son qoyduqdan sonra bu tipli hərbi təlimlər keçirilir?

İlyas Hüseynov İlyas Hüseynov

Politoloq İlyas Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, İran tərəfi Azərbaycanın tarixi qələbəsini səhv təsvir edərək, öz ərazi bütünlüyünə qarşı hərhansı təhdid elementləri görür: "Yanlış olaraq Azərbaycan ərazilərində İsrailin iştirakını nəzərdən keçirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində heç bir salamat bina yoxdur. Bütün bu əraziləri Ermənistan 30 il müddətində dağıdıb, talayıb, daşıyıb. Tikinti materialları kimi, evlərin dam örtüklərini və daşları satıblar. Bu tipli ittihamların irəli sürülməsi tamamilə yolverilməzdir. Bu əsassız ittihamlara son qoyulmalıdır. Azərbaycan tərəfi İranla müxtəlif təmaslar, görüşlərin keçrilməsi ilə diplomatik-siyasi müstəvidə münasibətləri tənzimləmək istiqamətində təşəbbüslər irəli sürsə də, İranın əyalət mollaları öz məkrli çıxışları ilə ikitərəfli münasibətlərə kölgə salmaq istəyirlər".

Azərbaycan Cənubi Qafqazda çox mühüm geo-siyasi əhəmiyyəti olan dövlətdir və Azərbaycanın yerləşdiyi strateji bölgə bütün dövlətlərin region və qlobal dövlətlərin maraq dairəsindədir. "İslam fundamental dəyərləri əsasında dövlət quruculuğu siyasətini həyata keçirməyə istiqamətlənən İran dövlətinin, xristian dövləti ilə hərhansısa əlaqələr qurması və dostluq-qardaşlıq münasibətlərinin qurulması şübhə doğurur, eyni zamanda Azərbaycan tərəfinin təəssüfünə səbəb olur" - deyən İ.Hüseynov bildirir ki, Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır və İslam dəyərləri Azərbaycan ictimaiyyətində dərin izlər salıb. Tarixi bağlılıq və kökləri də biz nəzərə alsaq, İran tərəfinin Azərbaycana qarşı sərgilədiyi münasibət heç cür anlaşılan deyil. İranın bu cür mövqedən çıxış etməsini daha çox Türkiyəyə qarşı olan addımlar kimi dəyərləndirildiyini hesab edən politoloq bildirir ki, bölgədə "3+3" paltformasını irəli sürən də Türkiyə dövlətidir.

"Bu xüsusda cənubi Qafqaz dövlətləri olan Azərbaycan, Ermənistan və Gürcüstanla birlikdə Rusiya, İran və Türkiyənin əməkdaşlıq imkanlarını da nəzərdən keçirən bu platforma, bölgədəki sülhün və təhlükəsizliyin qorunmasına xidmət etməklə yanaşı, xalqların da rifahına xidmət edə bilən meqa layihədir. Və bu layihədən İran tərəfi də dividentlər əldə edəcək. İlk növbədə siyasi-iqtisadi dividentlər əldə edə biləcək".

İranın məruz qaldığı iqtisadi sanksiyalar hamıya məlumdur. Və İran iqtisadiyyatının hazırkı durumunda bu cür layihələrin dəstəklənməsi, İran iqtisadiyyatı üçün də yeni gəlirlərin əldə edilməsinə vəsilə ola bilər.

"Bu səbəbdən də daha çox iqtisadi maraqlara söykənən, qarşılıqlı iqtisadi münasibətlər müstəvisində əməkdaşlıq formatlarının dəstəklənməsi, İran tərəfindən həyata keçrilməli və heç bir vəchlə bölgədə gərginliyin artırılmasına xidmət edən, bölgədə sülhü təhdid altında qoyan müxtəlif aqressiv ritorika ilə çıxış etmək sülhə gətirə bilən addımlar deyil. Bu cür ritorikanın qarşısı mütləq alınmalıdır".

İlahin, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər..."
Son xəbərlər
Bütün xəbərlər »