Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhərin qapısını kim, niyə və necə bağlayır?
Şəhərin qapısını kim, niyə və necə bağlayır?

Neftçilər prospektində hər gün tıxac var. Həm də Azneft meydanından Bayıla tərəf gedən və əks istiqamətdə. Nəymiş?! Dəniz Mall ticarət mərkəzinə girişi asanlaşdırmaqmış. Prospektin ortasına svetafor qoymaqla.

Dəniz Mall! Ticarət! Mərkəz! Hamısı aydındır. Amma insanlara da mal kimi baxmaq olmaz axı.

Onsuz da Bakı boyda bir meqapolisdən ölkənin qalan hissəsinə cəmi iki çıxış yolu var: biri Bayıldan, biri "20 yanvar" tərəfdən. "20 Yanvar" “qapsı” il on iki ay tıxacdır; səbəbi də məlumdur. Bu biri giriş-çıxış qapısını niyə bəs bu qədər qapayırıq?! Sualım Dövlət Yol Polisinədir.

Orda onsuz da Dünyagöz xəstəxanasının yanından bir, Bayraq Meydanı tərəfdən də ikinci geriyə dönmə qoyulub. Qısası, Dəniz Mall Ticarət Mərkəzinə getmək üçün şərait var. Bir Ticarət Mərkəzində alveri asanlaşdırmaq üçün şəhərdə bu qədər insanın həyatını çətinləşdirməyə dəyərdimi?! Bu arada nəzərə alaq ki, “Binə” və “Sədərək” ticarət mərkəzlrindən axşam işdən qayıdanlar, eləcə də, rayonlardan şəhərə gələnlər, Bayıl, 20-ci sahə, Şıx, Bibiheybət tərəfdən işdən evə qayıdanlar və ya şəhərdən ora qayıdanlar, Dənizkənarı Milli parkın bu hissəsində gəzintiyə gələnlər, gedənlər... İstirahət və bayram günləri. Xüsusilə də axşamlar daha dəhşətli olur.

Onsuz da şəhərin o hissəsində ağırlıq var idi. Daha da ağırlaşdırmaq nəyə lazım idi?!

Əlbəttə, suallarımza cavab verilməyəcək. Ya özlərini görməməzliyə vuracaqlar, ya da ən yaxşı halda hansısa bir növbətçi reaksiya ilə keçişdirməyə çalışacaqlar. Ancaq yenə də yazdıq. Səsimizi kiminsə vicdanına eşitdirdik bəlkə...

Seyid Əhmədli, bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »