Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cinsi stimul dərmanları ölümlə də nəticələnə bilər
Cinsi stimul dərmanları ölümlə də nəticələnə bilər

Müəyyən yaş dövründən sonra, müəyyən xəstəliklər zamanı kişilər ereksiya-sərtləşmə problemi yaşaya bilər. Bu xəstəliklərin təsiri, psixi vəziyyət və s. əlaməti ola bilər.

Kişilər ereksiya problemi yaşadıqda, bununla bağlı həkimə getməli, müayinələrdən keçməli və müalicə almalıdır. Amma bəzi kişilər uzun müddətli müalicə yerinə, ani sərtləşməyə səbəb olan dərmanlara - xüsusən viaqraya üstünlük verirlər. Viaqra müvəqqəti sərtləşmə yaratsa da, dərmanın orqanizmə çox ağır təsirləri var. Bəzi xroniki xəstəlikləri olan şəxslərdə viaqra qəbulu ölümlə belə nəticələnə bilər.

Viaqradan hər yaşdan kişilər istifadə edir. Bu çox zaman özünə inamsızlıqdan irəli gələn refklektor davranışdır. Viaqra istifadə edən kişilər dərmanı qəbul etməmişdən əvvəl əks göstərişlər barədə məlumat almağa çalışmalıdır.

Nədir viaqra?

Penisdə qan damarlarının açılmasına yardımçı olaraq cinsi oyanma zamanı qanın penisə axımını təmin edərək təsir edir. Viaqra, ereksiya problemi olan kişilər üçün nəzərdə tutulub. Qadınlar viaqra qəbul edə bilməz.

Viaqra qəbul edən zaman sərtləşmə problemi, bu vəziyyətə səbəb olan amillər və həlkiminiz tərəfindən təyin edilən uyğun dərmanları və xəstəliklərinizi nəzərə almalısınız.

Kim viaqra qəbul edə bilməz?

  • Cinsi aktivlik, ürəklə bağlı problemləriniz olduğu zaman riskli ola bilər. Buna görə də sərtləşmə-ereksiya problemi üçün hərhansı müalicə almadan ürək-damar sisteminin yoxlanılmasına ehtiyac var.
  • Eyni zamanda viaqranın əsas maddəsi olan sildenafil və ya tərkibindəki digər maddələrə qarşı allergiyanız varsa, viaqra qəbul etməməlisiniz.
  • Görmə qabiliyyətinin itirilməsinə səbəb olan non-arteritik anterior optik nevropatiya varsa, viaqra qəbul edilməməlidir.
  • Eyni zamanda ağır ürək və ciyər xəstəlikləri olan şəxslərə viaqra qəbul etmək tövsiyyə edilmir. Yüksək təzyiq xəstələri və ya infarkt keçirmiş şəxslər viaqra qəbul etməməlidir.
  • Viaqra müvəqqəti təzyiqi sala bilər. Ümumiyyətlə, bu vəziyyətlə bağlı nəticələr az olur, ancaq xüsusilə təzyiq dəyərlərində pozuntuya səbəb olan bir vəziyyət varsa, belə dərmanları ancaq həkim məsləhəti ilə qəbul edə bilərsiniz.
  • Oraq hüceyrə anemiyası, qan xərçəngi, sümük iliyi xərçəngi və ya penisdə hərhansı bir xəstəlik və ya forma pozulması müşahidə edilirsə, viaqra mütləq həkim tövsiyyəsi ilə qəbul edilməlidir.
  • Hemofiliya və ya mədə xorası zamanı da viaqra həkim məsləhəti ilə qəbul edilməlidir.
  • Viaqra qəbul etdiyiniz qısa müddətə görmə və ya eşitmə qabiliyyətini itirə bilərsiniz. Bu hal müşahidə edilirsə, dərmandan daha istifadə etməməlisiniz.

Viaqra necə qəbul edilir?

  • Yemək və ya içki ilə qəbul edilən viaqranın təsiri gecikə bilər. Buna görə də viaqranın su ilə qəbul edilməsi məsləhət görülür.
  • İçkili halda və spirtli içki ilə birlikdə viaqra qəbul etmək təsirli olmur. Buna görə də viaqra qəbul etmək fikriniz varsa, spirtli içki içməyin.
  • Qeyd edək ki, viaqra gündə bir dəfədən artıq qəbul edilməməlidir.
  • Dərman cinsi əlaqədən 1 saat əvvəl su ilə qəbul edilir.

Bütün dərmanlar kimi viaqranın da əks göstərişləri var. Dərman baş ağrısı, üzün qızarması, sidik yolu infeksiyası, burun tıxanması, həzimsizlik və s. əks təsirlər göstərə bilər. Nadir hallarda sinə ağrısı, infarkt, ani ölüm, beyinə qansızma və s. ağır fəsadlarla da nəticələnə bilər.

Araşdırmalara görə, bütün kişilərdə olmasa da, əksər kişilərdə viaqra qəbul etdikdən sonra ürək problemləri müşahidə edilə bilər.

Hazırladı: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »