Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səkinin üzərində böyük obyekt tikirlər, amma parkinq nəzərdə tutulmur"
"Səkinin üzərində böyük obyekt tikirlər, amma parkinq nəzərdə tutulmur"

Uzun illərdir ki, Bakı boğulur. Bəli, bəli, yalnış oxumadınız. Avtomobillərin sıxlığı, tıxaclar, əhali çoxluğu, hər gün ucalan yeni çoxmərtəbəli binalar Bakını boğur. Bəlkə də dili olsa, etirazını bildirər...

Dilsizliyindən sui-istifadə edilir Bakının. Məsələn; böyük obyektlər tikilir, parkinqlər nəzərə alınmır. Çoxmənzilli, çoxmərtəbəli binalar tikilir, parkinq üçün yer ayrılmır. Bölgələrdən Bakıya əhali axını, elə bir təsəvvür yaradıb ki, sanki hər kəs qutu kimi evlərə yığılıb yaşamaq məcburiyyətindədir.

Avtomobillə şəhərə çıxmaq, insanın əsəb sistemini tarmar edir. Tıxaclar, avtomobillərin saxlanılması üçün yerlərin olmaması, əyninə bozarmış jilet geyinib, qeyri-qanuni "parkovşiklik" edən şəxslər. Avtomobil saxlamaq üçün yer davası edən vətəndaşlar... İnanın, bu vəziyyətə nə Bakı uzun müddət tab gətirəcək, nə də Bakının insanları...

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə eksper Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, Bakı gündən-günə inkişaf edir, gözəlləşir. Yeni binalar tikilir, yeni yollar salınır. Ancaq yeni binalara tikilən zaman binalarda yaşayan əhali sayına görə, avtomobillər üçün parkinq yerləri qoyulmur. Bu gün yaranan tıxaclar və ya küçələrin dolmasının əsas səbəbi avtomobillər üçün parkinq yerlərinin olmamasıdır.

"100-200-300 mənzillik çoxmərtəbəli binalar tikilir. Ancaq bu binada yaşayan sakinlərin parkinq məsələsi nəzərə alınmır. Hər ailənin bir və ya bir neçə avtomobili ola bilər. Parkinq yerləri olmadığından və ya məhdud sayda olduğundan vətəndaşlar məcbur qalıb avtomobillərini yollarda saxlayırlar. Yollarda vtomobillərin saxlanması isə tıxacların yaranmasına səbəb olur" - deyən ekspert, Bakıda parkinq məsələsinin ciddi problem olduğunu vurğulayır. Onun sözlərinə görə, vətəndaşlar banklara, böyük iaşə müəssisələrinə avtomobillə getdiyi zaman məcburiyyətdən avtomobilini yol kənarında saxlamalı olur. Yol kənarında avtomobillərin saxlanması isə, cərimlənmək ilə nəticələnir. Bu zaman isə hər iki tərəf haqlı olur. Vətəndaş avtomobilini saxlamağa yer tələb edir, cəriməni tətbiq edən isə, qanunvericiliyə uyğun olaraq cəriməsini yazır. Bu problemi "sağalmaz yara" adlandıran ekspert bildirir ki, şəhərin müxtəlif yerlərində parkinq yerləri olsa da, ödəmələr çox bahadır. Baha olduğuna görə, isə vətəndaşlar bu parkinqlərdən imtina edir. Bu parkinqlərdən məcburən istifadə edilir.

E.Fərzəliyev bildirib ki, Bakının digər bir problemi isə, taksilər üçün parkinq yerlərinin olmamasıdır. Bu gün on minlərlə vətəndaş taksi fəaliyyəti ilə məşğul olsa da, avtomobillərini saxlamaq üçün yer tapa bilmir.

"Taksi sürücüləri bu məsələdən narahatdır. Onlar da avtomobilləri saxlamaq üçün yerin olmadığını bildirir. Şəhərin baş planı hazırlanan zaman, binalar tikilən zaman, böyük obyektlər inşa edilən zaman ilk növbədə parkinq yerləri nəzərdə tutulmalıdır. Yolun kənarında səkinin üzərində böyük obyekt tikirlər, amma ora gələcək avtomobillər üçün yer nəzərdə tutulmur. İş adamları daha çox ərazidə tikinti aparıb, daha çox mənfəət əldə etməyi düşünür. Amma ora gələcək vətəndaşların hüquqlarının qorunması, avtodayanacaqların salınması və s. bu məsələlər düşünülmür" - deyən ekspert əlavə edib ki, bir çox ölkələrdə ödənişli parkinq yerlərinin fəaliyyəti gəlirli bir sahə hesab edilsə də, Azərbaycanda bu sahəyə önəm verilmir. Burada qiymətlər baha olmamalıdır. Bu sahənin daimi və ömürlük gəlir gətirən sahə olduğunu qeyd edən E. Fərzəliyev bildirib ki, bəzi yerlər var ki, orada "parkovşiklər" fəaliyyət göstərir. Amma bu yerlər də avtomobillərin saxlanılması üçün qadağan olunan yerlərdir.

"Bakı kifayət qədər yüklənib. İnkişaf gedir. Ancaq parkinq məsələsi həll olunmaz olaraq qalır" - deyə ekspert vurğulayıb.

E. Fərəzliyevin fikrincə, parkların altında yeraltı avtodayanacaqların tikilməsi bu gün yerinə düşər. Parkinq yerlərinin olmaması, yolların avtomobil sayına uyğun tikilməməsi və yollarda avtomobillərin saxlanılması Bakını tıxac məngənəsinə boğur. Və bu tıxac məngənəsi təkcə Bakıda deyil, yaxın qəsəbə və kənd yollarında da özünü biruzə edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »