Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada təhsil nazirinin keçmiş müavini həbs olunub
Rusiyada təhsil nazirinin keçmiş müavini həbs olunub

Rusiya da təhsil nazirinin keçmiş müavini Marina Rakova saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk RİA Novosti-yə bildirib ki, polis təhsil nazirinin keçmiş müavini Marina Rakovanı saxlayıb.

"Rusiya Daxili İşlər Nazirliyinin müstəntiqləri Marina Rakova ilə birlikdə istintaq hərəkətləri aparır, o, Moskvada Rusiya DİN-nin Baş İstintaq İdarəsindədir", - deyə DİN-nin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, ötən həftə 50 milyon rubldan artıq mənimsəmədə təqsirləndirilən Sberbank-ın vitse-prezidenti vəzifəsində çalışan Rakovanın evdə və iş yerində axtarış aparılsa da, o səbbəst buraxılmışdı. Həmin gündən telefon zənglərinə cavab verməyən M.Rakova, barəsində axtarış elan olunandan sonra polis idarəsinə gəlib.

M.Rakova xüsusilə böyük miqyaslı fırıldaqçılıqda ittiham olunur. Rusiya qanunlarına görə, hazırkı ittihamla onun on ilə qədər həbs cəzası alacağı gözlənilir.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »