Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyanı qıcıqlandırmaqdan çəkinmir
Ukrayna Rusiyanı qıcıqlandırmaqdan çəkinmir

Rusiyanın bölgədə böyük təsir dairəsinin olması sirr deyil. Adətən, qonşu dövlətlər, hətta Avroppa İttifaqına üzv olanlar da Kremli qıcıqlandırmamağa çalışır. Amma Ukrayna bundan çəkinmir. Kiyev qeyd edilən prinsipin əleyhinə olduğunu ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, Ukraynanın Xarici İşlər Naziri Varşava sammitində bu məsələ barədə danışıb. Dmitri Kuleba Rusiyanın bölgədə güc balansını pozduğunu, Qara dəniz ticarətinə təhlükə yaratdığını bildirib.

“Rusiyanın NATO-ya münasibətdə siyasəti ona əsaslanır ki, alyansın mövcudluğu özlüyündə provokasiyadır. Ona görə də biz alyansın Rusiyanı qıcıqlandırmadan nəsə edə bilməsindən danışanda bu, vəziyyəti bir az da mürəkkəbləşdirir. Nə etsəniz də, Rusiya provokasiya kimi qarşılayacaq”.

Ukrayna hələ bir il əvvəl NATO üzvü olan Rumıniya ilə hərbi-texniki əməkdaşlığı genişləndirməklə bağlı saziş imzalayıb. Bu həm də Qara dənizdə təhlükəsizliyi möhkəmləndirməyə hesablanıb. Amma yaydan bölgədə sakitlik pozulub, ovqat dəyişib. Qara dənizdə eyni zamanda həm Rusiya, həm də NATO irimiqyaslı təlim keçmək qərarına gəlib. Alyans Kremli Qərb gəmilərinə yaxın təhlükəli insident yaratmaqda ittiham etmişdi. Moskva da oxşar ittihamı səsləndirmişdi. Böyük Britaniyanın “Defender” gəmisi ilə bağlı qalmaqal lap böyük səs-küyə səbəb olmuşdu. Onda britaniyalı dənizçiləri hətta vətənində də tənqid etmişdilər.

Ukraynanın Rusiya ilə münasibətləri Krımın anneksiyasına görə pozulub. Ölkələr 7 ildən çoxdur ümumi dil tapa bilmir, bir-biri ilə sərt ifadələrlə danışır. Bölgədə vaxtaşırı müharibə rüzgarı əsir. Ukrayna itirilmiş torpaqları geri qaytarmaqda israrlıdır. Prezidenr Vladimir Zelenskinin mesajları da bundan xəbər verir. Dövlət başçısı bir daha döyüşlərin başlanmasından çəkinmədiyini açıq dilə gətirir.

Ukrayna NATO-ya çox güvənir. Kiyev hərbi alyansın Qara dənizdə fəallaşmasını istəyir. Böyük Britaniya gəmilərinin burada görünməsi də təsadüfi deyil. London Kiyevi dəstəklədiyini gizlətmir, hətta konkret addımlar atmağa hazır olduğu göstərir.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »