Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əliyev-Paşinyan görüşü ərəfəsində Naxçıvana hava yolunun açılması müsbət siqnaldır”
“Əliyev-Paşinyan görüşü ərəfəsində Naxçıvana hava yolunun açılması müsbət siqnaldır”

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Bizimyol.info​ xəbər verir ki, bu barədə AZAL məlumat verib. Bildirilir ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.

Bu barədə Bizimyol.info saytına öz fikirlərini bölüşən Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (ADİP) Asim Mollazadə bildirib ki, Ermənistan bu addımı çoxdan atmalı idi.

Asim Mollazadə Asim Mollazadə

“Lakin yenə də gec deyil və bunu Sülh sazişi istiqamətində mühüm addım hesab edirəm. Bu, Ermənistanın özünə də lazımdır. Ermənistanın regiondakı kommunikasiya xətlərinə qoşulması, iqtisadi blokadadan çıxması üçün Ermənistan hakimiyyəti praqmatik düşünməli və öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla normal münasibətlər yaratmağa hazırdır və bölgənin həyatında yeni səhifə açmaq lazımdır”,- deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşməyə və dialoq aparmağa hazır olduğunu bəyan edib. “Qarşı tərəfdən də müsbət siqnallar var. Lakin biz istərdik ki, bu siqnallar ritorika və populizmdən kənar olsun. Regionda gərginliyi artırmağa maraqlı qüvvələr var. Bu, regiondakı bütün xalqların, o cümlədən Ermənistan xalqının da maraqlarına ziddir. Çox güman ki, bu yaxınlarda Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü baş tutacaq. Bu görüş ərəfəsində Naxçıvana hava yolunun açılması müsbət siqnal sayıla bilər. Və danışıqlar öncəsi gərginliyi azalda bilər”,- deyə A.Mollazadə vurğulayıb.

Partiya sədri əlavə edib ki, bu proses davamlı xarakter almalıdır: “Azərbaycan tərəfinin də Ermənistana qarşı jestlər edəcəyinə, münasibəti yaxşılaşdırmaq üçün addımlar atacağına inanıram. Bu istiqamətdə işləri davam etdirmək lazımdır”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »