Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və İran XİN rəhbərləri Moskvada görüşüb
Rusiya və İran XİN rəhbərləri Moskvada görüşüb

Bu güm Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında görüş olub.

Bizimyol.info xəbər verir ki, görüş öncəsi mətbuata açıqlama S. Lavrov bildirib ki, Rusiya və İran prezidentlərinin bu ilin avqust və sentyabr aylarında baş tutmuş son telefon danışıqları zamanı gələcəkdə görüləcək işlərin bir sıra istiqamətləri razılaşdırdılıb.

“Bugünkü görüşdə bu razılaşmaların həyata keçirilməsi məsələsinə baxmalıyıq. Əməkdaşlığımızın yeni istiqaməti İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qoşulması olacaq. Gündəlikdə olan digər məsələlər isə, əlbəttə ki, Suriya, Yaxın Şərq və Şimali Afrikanın digər regionlarında əməkdaşlığımız və Fars körfəzi zonasında normal münasibətlərin bərpa olunması yollarıdır. Ona görə də, hesab edirəm ki, sizin Moskvaya səfərinizin olduqca vaxtında edilib. Əminəm ki, səmərəli işləyəcəyik”, - deyə S.Lavrov vurğulayıb.

S.Lavrov iranlı həmkarı ilə İranın "Nüvə Proqramı (JCPOA) üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı"nın yenidən bərpası prosesinin sürətləndirilməsinin mümkünlüyünü müzakirə etmək istədiyini söyləyib.

İranın xarici işlər naziri: “Bizim çox müxtəlif ikitərəfli əməkdaşlıqlarımız mövcuddur. Bu gün bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün danışıqlar aparacağıq. Bizim ticarət sahəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün yaxşı imkanlarımız var və təbii ki, regional gündəmdə duran məsələlər barədə də müzakirəmiz olacaq. Cənubi Qafqazı, Əfqanıstanı və Yəməni nəzərdə tuturam”, - deyə bildirib.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Deputat: "Qiymət artımları əhalidə ciddi təəssüf doğurur"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
Son xəbərlər
Bütün xəbərlər »