Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabinetinin qərarı məktəblərdə heçə sayılır
Nazirlər Kabinetinin qərarı məktəblərdə heçə sayılır

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 iyun 2020-ci il tarixində qərar qəbul edib. Bu qərarda deyilir: 1. “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” təsdiq edilsin (əlavə olunur). 2. Bu Qərar 2020/2021-ci tədris ilindən tətbiq edilir.

Bundan əlavə qərara görə, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.Lakin bu qərar baxmayaraq, bu il bir çox məktəblərin birinci siniflərinə 30-40 arası şagird qəbul olunub.

Pandemiya vaxtı 40 uşağı bir sinifdə salmaq nə dərəcədə doğrudur? Bir müəllimin bu qədər uşaqla lazımi qədər məşğulması üçün vaxt az deyilmi?

İlqar Orucov İlqar Orucov

Təhsil eksperti İlqar Orucov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, sinifdə şagir sayının çox olması birbaşa təhsilin keyfiyyətinə təsir göstərir. “Əslində siniflərdə şagird sıxlığı eyni zamanda sinifin müvafiq sahəsi nəzərə almaqla tənzimlənir.  Müəllimin hər bir şagirdlə fərdi surətdə çalışması, məşğul olması üçün xeyli əlavə enerji, vaxt sərf edir. Şagird sayı çox olduqda isə bəzən heç bunu çatdıra bilmir.

Bu sıxlıq Azərbaycanda demoqrafiq vəziyyətin, əhalinin say artımının çox yüksək templə getməsi və bəzən sinif sayının az olması ilə bağlı olur.  Siniflərdə şagird sıxlığının aradan qaldırılması üçün yeni məktəblərin tikilməsinə, siniflərin açılmasına ehtiyac var. Zamanla bu proses həyata keçirilir. Son illər məktəb tikintisi xeyli sürətlənib. Bu işdə Mehriban xanımın xüsusi diqqəti, qayğısı var. Bu baxımdan düşünürəm ki, şagir sıxlığı məsələsinə önəm verməliyik.

Hansı məktəblərdə sıxlıq varsa, bu məlumatlar elektronlaşdırılıb və bu siyahı Təhsil Nazirliyində də var”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »