Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gün bəzi "böyüklər" problemləri daha da ağırlaşdırırlar"
"Bu gün bəzi "böyüklər" problemləri daha da ağırlaşdırırlar"

Hər bir vətəndaş problemi olduğu zaman, hüquq mühafizə orqanlarının ona yardım edəcəyini düşünür. Biz isə anlaşılmaz bir problemlər üz-üzəyik.

May ayının 30-u... Alkoqollu içkinin təsiri altında olan hakim ov tüfəngindən atəş açaraq 15 illik həyat yoldaşı Pərvanə Əhmədovanı öldürdü. Məhkəmədə hakim arvadını ehtiyatsızlıqdan, zarafat edərkən öldürdüyünü açıqladı. Hətta arvadına "qulağını dartım, yoxsa atım?" seçimini verdiyini də açıqladı. Ona verilən cəzanın azaldılmasını tələb etsə də, hakim 10 il müddətinə azadlıqdan məhrum edildi.

Sentyabr ayının 30-u... Nizami Rayon Polis İdarəsinin əməkdaşı həyat yoldaşını polis şöbəsində xidməti silahından bir neçə dəfə atəş açaraq öldürdü. Qısqanırmış, dubinka ilə döyürmüş. Ailə böyükləri bunu bilsə də, "ailəni dağıtma, döz deyirmiş"...

26 yaşlı gənc bir qadın, gənc bir ana hirsin, aqressiyanın, sevgisizliyin qurbanı oldu. Cəza nə olacaq hələ bilmirik. Bircə onu bilirik ki, cinayətkar polis, DİN sistemindən uzaqlaşdırılıb. İddialara görə, o həm də narkotik istifadəçisi imiş...

Heç bir təhsili olmayan, savadsız kişilər cinayət törədən zaman bu qədər səs-küyə səbəb olmur. Amma hüquq mühafizə orqanı əməkdaşlarının adının belə cinayətlərə qarışması, birmənalı qarşılanmır. Düşüncələrdə " görəsən" fikrini yaradır.

Bu gün evində döyülən, söyülən, zorakılığa mərzu qalan, təhdid edilən qadınlar kimə müraciət etsin?

Bu sual bir qadın kimi məni də maraqlandırır.. Başqa bir sual isə, son zamanlar ailə cinayətlərinin artmasının səbəbləri ilə bağlıdır. Psixoloq Zeynəb Eyyubova deyir ki, bu gün ailə cinayətlərinin artmasının səbəbi ailə sisteminin düzgün formalaşmaması, ənənəvi ailə sisteminin yavaş-yavaş uçuruma doğru getməsidir.

Zeynəb Eyyubova Zeynəb Eyyubova

Travmatik ruhda böyümüş, travma almış, nəyin düz, nəyin səhv olduğunu bilməyən, qanunlar çərçivəsində böyüyən insanların bir-birinə qarşı etdiyi haqsızlıqların sayı artır. Bunun isə müxtəlif səbəbləri var. Əsas səbəb isə düzgün ailə sisteminin qurulmaması, kişi-qadın ayrıseçkiliyinin olması, övladlar böyüyərkən oğlan uşaqlarına imtiyazların çox verilməsi, qız uşaqlarından imtiyazların alınması, qız uşaqlarının uşaq yaşlarından etibarən hərhansı bir işi görərkən yalana meyl etməsi, yalan danışması, "namus" anlayışının düzgün aşılanmaması, səbəb olmadan ailə daxili zorakılıq hallarının artması və ailə böyüklərinin buna göz yummasıdır.

Psixoloq hesab edir ki, münasibət faciəvi hadisəyə çevrilmədən və ya hüquq mühafizə orqanlarına gedib çatmamışdan əvvəl ailə böyükləri məsələni həll etməyə çalışmalıdır: "Hər ailənin böyüyü, sözünə hörmət və dəyər veriləni var. Bu gün bəzi "böyüklər", ailədaxili problemlərdə problemi həll etmək əvəzinə daha da ağırlaşdırır və ya daha da özlərini kənar çəkirlər. Bu da zorakılıq hallarının artmasına əsas səbəblərdən biridir".

Zeynəb Eyyubovanın sözlərinə görə, əxlaq dəyərlərinin təhrif olunması bu gün ailədaxili münaqişələrdə istər qadınların, istərsə də kişilərin xəyanət etmə hallarının artması, ailəyə bağlılıq prinsipinin olmaması da ailə cinyətlərinin artmasının səbəblərindəndir.

Psixoloq qeyd edir ki, bu problemin qarşısını almaq üçün ailə həyatı qurmamışdan əvvəl qadın və kişilər psixoloji testlərdən keçməli, hər iki tərəfin bir-biri üçün münasib olub-olmadığını analiz etməli, əqidələrinin, əxlaqlarının, meyyarlarının heç olmasa uzlaşan tərəflərinin daha çox olması məqsədə uyğundur. Bu prinsipləri nəzərə alsaq zorakılıq halları azalar.

"Heç bir günah, heç bir səhv, heç bir yanlış anlaşılma ölümə gətirib çıxarmamalıdır", - deyə psixoloq bildirir.

Amma gəlin etiraf edək. Zorakılığa daha çox psixi travmalar almış, özgüvən əskikliyi yaşayan insanlar daha çox meyilli olur. Bu insanlar özlərini hərhansı bir formada sübut etməyə, üstün, güclü, ağıllı, əvəzedilməz, cəsarətli olduqlarını sübut etməyə çalışırlar. Və bu çatışmazlıqları yaşayan kişilər, nədənsə güclərini qadınlar üzərində sınamağa çalışır.

"Mən üstünəm", "Məndən yaxşısı yoxdur", "Məndən başqasının ola bilməzsən" deyən kişilər, əslində əllərində olan dəyəri başqasının əllərindən alacağından qorxub eqoistcəsinə dəyəri məhv edirlər. "Mən üstün olmalıyam", "Mən qadınıma elə dəyər verməliyəm ki, onun heç kimə ehtiyacı olmasın", "Mən ailəmə, qadınıma zaman ayırmalıyam" deyə düşünmək əvəzinə, rahat yolu seçən insanları nə qanun, nə də cəmiyyət bağışlamamalıdır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »