Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçələrdə yarıçılpaq gəzən şəxs sakinlərin qorxulu yuxusuna çevrilib
Küçələrdə yarıçılpaq gəzən şəxs sakinlərin qorxulu yuxusuna çevrilib

Bir neçə gündür ki, yarıçılpaq formada küçələrdə gəzən bir kişinin videosu sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bu şəxsin kim olması, nə üçün küçələrdə lüt gəzməsi ilə bağlı suallar bir çox sosial şəbəkə istifadəçilərini narahat etməyə başlayıb.

Quba rayonunda yaşayan və həmin şəxsi tanıyan rayon sakinlərinin yaydığı məlumata görə, video Quba şəhərində lentə alınıb və həmin şəxs ruhi xəstədir. Sakinlərin sözlərinə görə, həmin şəxsin bu formada küçələrdə gəzməsi kənar şəxslərin, sakinlərin narahatlığına səbəb olur. Onlar bildirirlər ki, ruhi xəstə olduğu üçün sakinlər hara müraciət etməli olduqlarını bilmirlər.

Təbii ki, həmin şəxsin ruhi xəstə olması heç bir əsas vermir ki, o, küçələrdə lüt dolaşsın. Ruhi xəstənin bu formada ortalıqda fırlanması və gülüş, məsxərə obyektinə çevrilməsi isə heç xoş hal deyil. Hər bir halda həmin şəxs bu ölkənin vətəndaşıdır və dövlət qurumları tərəfindən sahib çıxılmalıdır. Əks halda, bu hal azyaşlı uşaqların qorxu keçirmələrinə və pis örnək götürmələrinə səbəb ola bilər.

Ümid edirik ki, tez bir zamanda lazımi qurumlar tərəfindən tədbir görləcək.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »