Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişəcəkmi...
Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişəcəkmi...

“Sürücülük vəsiqəsinin alınması üçün 10 sual bilik səviyyəsini müəyyənləşdirmək üçün azdır. Sualların sayı 100-ə qədər artırılsa, pis olmaz. Bu gün Azərbaycanda dünya ölkələri ilə müqayisədə sürücülük vəsiqəsi almaq çox asandır”.

Bu fikirləri bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli xəbər saytlarından birinə müsahibəsi zamanı bildirmişdi. Araz Əsgərli onu da qeyd etmişdi ki, bu sahədə qaydalar sərtləşdirilsə, yol hərəkəti təhlükəsizliyinə münasibət dəyişiləcək və yol-nəqliyyat hadisələrinin sayının da azalmasına müsbət təsir edəcək.

Bunun ardınca isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsəlyəə münasibət bildirərək söyləyib ki, qeyd olunan açıqlama əməkdaşın şəxsi və subyektiv fikridir. Ona görə də belə qeyri-rəsmi açıqlamanı ciddiyə alıb narahat olmağa dəyməz. “Hazırda ölkəmizdə sürücülük vəsiqəsinin verilməsi prosesi beynəlxalq standartlara tam uyğundur. Həmin sənədə sahib olmaq istəyən vətəndaşın kompüter vasitəsilə verilən 10 suala cavabı və xüsusi proqram əsasında keçirilən təcrübi imtahan nəticəsi, onun bu sahədəki biliyinin səviyyəsinin müəyyən edilməsi üçün kifayət edir”.

Ehsan Zahidov Ehsan Zahidov

Bu iki ziddiyyətli açaqlamanı oxuduqda insan bilmir hansını dəstəkləsin. Çünki ölkədə sürücülük vəsiqəsi almaqla bağlı qaydalarda dərin boşlular var.

İnsan düşünür ki, bəlkə Araz Əsgərli dediyi kimi sual sayı artırılarsa, yollardakı naşı sürücülərin sayı azalar. Daha sonra reallıq yadına düşür və adamı qorxu basır. Birdən bu da tıxacların, sürücülükdən xəbərsiz olub sükan arxasında oturanların sayının azalması üçün yox, pul tələsi üçün istifadə edilər. İndi 10 suala 1000 manat alırlarsa, onda 100 suala neçə manata alarlar. Bu düşüncələrlə insan deyir yox əşi qoy elə necə var, elə də qalsın. Əgər bizə bir xeyri olmayacaqsa, yalnız həmin qurumlarda oturanların cibinə xidmət edəcəksə, onda nəyimizə lazım...

Maraqlı bir məsələ də var ki, 10 sualı 100 suala qaldırmaqla bağlı düşünülür, açıqlamalar verilir, amma bu sahədə "bazar"ın necə yığışdırılması ilə bağlı bir nəfər də olsun çıxıb öz təkliflərini irəli sürmür.

Əşi, nələrinə lazım. Bir az pulu çox olan Bakının bu küçələrində maşın sürüb, başını ağrıdar? Canına minnət. Pulu verir, adam tutur, maşını sürdürür. Özü də arxada ağa kimi oturur.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› “Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »