Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarayda narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb - Video
Sarayda narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb - Video

Abşeron rayon Saray qəsəbəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən səxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən yayınmağa cəhd göstərib.

Bizimyol.info xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ağcabədi rayon sakini Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.

Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »