Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrail və Azərbaycan arasında mühüm əlaqələr mövcuddur"
"İsrail və Azərbaycan arasında mühüm əlaqələr mövcuddur"

Azərbaycan müstəqilliyini qazandıqdan sonra, bunu ilk qəbul edən ölkələrdən biri İsrail olub.

İkinci Qarabağ müharibəsi zamanı da İsrail Azərbaycana böyük dəstək göstərdi. Belə ki, müharibə zamanı istifadə edilən vasitələrin, dronların önəmli bir hissəsi İsraildən alınmışdı.

İsrailin Azərbaycana dəstəyi müharibədən sonra da özünü göstərdi. Qələbəni qeyd edərkən Azərbaycanda Türkiyə və Azərbaycan bayraqları ilə yanaşı, İsrail bayraqları da Bakının küçələrində dalğalanırdı.

Bir müddət əvvəl, ABŞ və İsrail səfirləri yəhudilərin yaşadığı Qubanın Qırmızı qəsəbəsində olub. İsrailin Azərbaycandakı səfiri Corc Dikin çıxışının da olduğu video, "Israel in Azerbaijan" Tvitter sosial şəbəkə səhifəsində paylaşılıb:

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında qeyd edib ki, Azərbaycanda multikultiralizm dövlət siyasətinin əsaslarından birini təşkil edir. Ölkəmizdəki tolerantlıq mühiti və dövlət tərəfindən təşviq edilən multikultiral siyasət dünyanın aparıcı beyin mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir.

"Bu gün Azərbaycanda fərqli məzhəblərə və etnik kimliklərə sahib olan vətəndaşlar yaşayır. Onlar dövlət, vətən, millət maraqlarında ümummilli rəyi ortaya qoya bilirlər. Həm birinci Qarabağ savaşında, həm də İkinci Qarabağ savaşında müxtəlif millətlərdən və dini inanclardan olan Azərbaycan vətəndaşları döyüşüblər, şəhid olublar, qazi olublar" - deyən ekspert vurğulayıb ki, bu baxımdan Azərbaycan dünyaya örnək göstərilən ölkələrdən biridir.

Özünün dünyaya demokratiya və insan haqqlarının əsas beşiyi kimi təqim edən bəzi dövlətlərdə hələ də irqçilik mövcuddur. Dəri rənginə görə insanlar linç edilir, öldürülür. Ancaq Azərbaycanda bütün insanlar hansı mövqedə olmasından asılı olmayaraq vahid vətən, vahid bayraq və vahid dövlət ətrafında sıx yumruq şəklində birləşib.

Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində Harop İlham Əliyev

T.İsmayılov qeyd edib ki, İsrail və Azərbaycan arasında mühüm əlaqələr mövcuddur. Azərbaycandakı tolerantlıq siyasəti, yəhudi əsilli Azərbaycan vətəndaşlarını da əhatə edir. Bu gün Azərbaycanda yəhudilər yaşayır və bu ölkənin mədəniyyətində ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Azərbaycanla İsrail münasibətləri, Azərbaycan müstəqillik qazanandan sonra inkişaf edən sahə üzrə davam edir. Bu gün İsraillə Azərbaycan bir çox layihələrdə əməkdaşlıq edir. Eyni zamanda turizm potensialı baxımından da iki ölkənin əlaqələri yüksək səviyyədədir. Həmçinin, müdafiə sənayesi sahəsində Azərbaycan-İsrail münasibətləri yüksək səviyyəyə qədəm qoyub və yüksək səviyyədə inkişaf edir.

İsrail istehsalı olan "Harop" pilotsuz uçuş aparatları Azərbaycan ordusunun təminatında mövcuddur.

"Mən düşünürəm ki, Azərbaycanla İsrail arasında mədəni, iqtisadi və hərbi sahədə münasibətlər daha da inkişaf edəcək. Ümumilikdə isə Azərbaycan, nəinki bizim coğrafiyamız, hətta bütün dünyada həyata keçirdiyi tolerant-multikultural siyasətə görə örnək sayılası ölkələrdən biridir. İsrail dövləti də bunu yaxşı başa düşdüyünə görə Azərbaycanın region üçün önəmini və əhəmiyyətini dərk edir"...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »