Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pasport yoxlanışı adı ilə cərimə yazılır? - DİN-dən açıqlama
Pasport yoxlanışı adı ilə cərimə yazılır? - DİN-dən açıqlama

Dünyanı pandemiya bürüyən gündən bəri tibbi maska sanki hamımızın aksesuarına çevrilib. Əvvəllər yalnız ağır xəstələndikdə taxdığımız maskanın bu gün müxtəlif növləri var. Hətta sosial şəbəkələrdə bir çox yeni “maska” səhifələri açılıb və insanların zövqünə, sifarişinə uyğun maskalar hazırlayırlar.

Maskadan istifadədə əvvəllər çətinlik çəksək də, artıq demək olar ki, vətəndaşların xeyli qismi düzgün istifadəni öyrənib. Lakin son dövrlərdə tez-tez dəyişən qərarlar təbii ki, insanlarda çaşqınlıq yarada bilir. Məsələn, bir ara açıq havada da maska taxmaq məcburi idi. Lakin uzun müddət sonra bu qərar ləğv edildi və yalnız bağlı məkanlarda taxılması qaydası qüvvəyə mindi.

Son günlərdə isə yeni bir tendensiya yaranmağa başlayıb. Redaksiyamıza daxil olan şikayətlərin əksəriyyəti polis əməkdaşlarının onları aldadaraq, cərimə yazması ilə bağlıdır.

Ülkər N. yazır: “Yer üstü piyakeçidi ilə keçirdim. Birdən-birə polis əməkdaşı qabağıma tullandı. Heç özüm də bilmədim ki, hardan və necə çıxdı. Düzü, nə baş verdiyini anlamadım və qorxdum.

Sən demə, qarşına tullanmağının səbəbi maska taxmamağım imiş, Mənə bildirdi ki, keçiddə də maska taxmaq lazımdır. Məndə cavabında ona dedim ki, keçiddə maskadan istifadənin lazım olduğunu bilmirdim. Tez çantamdan maska çıxardıb taxdım. Bunun ardınca polis əməkdaşı məndən covid pasportumun olub-olmadığını soruşdu. Bildirdim ki, var və hər iki dozanı qəbul etmişəm. Ad,soyadımı öyrəndi və sistemə vurdu. Guya, mənim pasportumun olub-olmamasını yoxlayır.

Evə gəldim və cərimələnməyimlə bağlı mesaj gəldi. Təəccüb içərisində qaldım. Həmin polis əməkdaşı məni aldadaraq, ad-soyadımı öyrənib və mənə cərimə yazıbmış. Belə hal yaşadığım üçün çox təəssüf edirəm”.,- deyə müraciətdə bildirilir.

Adının açıqlanmasını istəməyən digər vətəndaş isə yazır:

“Maska taxmışdım, lakin burnuma qədər çəkməmişdim. Polis əməkdaşı saxladı. Covid pasportumu soruşdu. Pasportumun olduğunu bildirdikdə isə məndən ad-soyadımı soruşdu. Sistemdə covid pasportumu yoxladığını bildirdi. Daha sonra gələn mesajla mənə məlum olub ki, həmin polis əməkdaşı mənə heç bir xəbərdarlıq etmədən, cərimə yazıb”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilərək bildirilib ki, burada hər hansı qayda pozuntusu yoxdur.

“Maskanın istifadə qaydası odur ki, burun və ağız bağlı qalsın. Həmin vətəndaşlar qaydanı pozduqları üçün polis əməkdaşı onların şəxsiyyətini müəyyənləşdirib və cərimə yazıb”, - deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »