Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Slovakiyaya gedir
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Slovakiyaya gedir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 7-dən Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində rəsmi səfərdə olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşməsi, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf istiqamətləri, qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər müddətində nümayəndə heyətimizin üzvləri Slovakiya qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaq, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə münasibətlərimizin dərinləşməsi barədə fikirlərini bölüşəcəklər.

Səfər oktyabrın 9-da başa çatacaq.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »