Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zarafat deyil, illərlə bu şəxslərə “sərmayə” qoyulub”
“Zarafat deyil, illərlə bu şəxslərə “sərmayə” qoyulub”

“Azərbaycan müstəqillik qazandıqdan sonra, müxtəlif radikal dini qruplar Azərbaycanda kök salıblar və zamanla cəmiyyətin müxtəlif təbəqələrinə yol tapmağa başlayıblar”.

Bu sözləri Bizimyol.info saytına ilhaiyatçı-alim Elşad Miri bildirib.

Onun sözlərinə görə, xarici güclər dini qruplar vasitəsilə nəinki ölkələr daxilində, hətta bölgədə gedən siyasi proseslərə yön verməyə çalışırlar.

“Son zamanlar bəzi dini liderlərin siyasi bəyanatlar verməsinin şahidi oluruq. Bu, bir çoxunu təəccübləndirir. Lakin bunda təəccüb doğurası heç nə yoxdur. Onlar həmişə siyasətlə dini eyni xətdə tutublar, ayrı görməyiblər. Heç vaxt da bunu gizlətməyiblər.  Azərbaycanın siyasi sisteminə də təsir etmək, hətta onu dəyişdirmək istəklərini hər zaman açıq şəkildə ifadə ediblər. Sadəcə olaraq, proseslər o qədər inkişaf edib ki, bir çoxları indi bundan xəbər tutur”,- deyə teoloq qeyd edib.

Elşad Miri xatırladıb ki, xarici qüvvələrin Azərbaycanda həm üzdə olan, həm də özünü çox büruzə verməyən emissarları var: “Onlar bəzilərini danışdırır, bəzilərini isə ehtiyat olaraq pərdə arxasında saxlayır, zaman-zaman hətta dövlətə yaxın görünməyi tapşırırlar. Zarafat deyil, illərlə bu şəxslərə “sərmayə” qoyulub. Öz sərmayələrini riskə atmaq istəməyiblər. Lakin ilk şəraitdə bir çox sürprizlərlə qarşılaşa bilərik. Bu gün özünü dövlətə və dövlətçiliyə sadiq göstərən bəzi din adamları belə özlərini xaricdə oturan ayətullahların tələbəsi hesab edir, onları təqlid edirlər”.

İlahiyyatçı-alimin sözlərinə görə, Azərbaycan cəmiyyyətində müxtəlif dini qruplar zaman-zaman təşkilatlanmağa, cəmiyyətdə güc kimi çıxış etməyə çalışıblar.

“Əlbəttə, təhlükə hər zaman var. Onlar heç də az deyillər və səmimi qəlbdən inanan, sadəlövh tərəfdarları da az deyil. Lakin cəmiyyət olaraq, Azərbaycanda kök sala və şaxələnə bilməyiblər. Çünki özlərinə qarşı müqavimət və əks-fikirlər də görüblər. Kənar qüvvələrin Azərbaycandakı təsiri təhlükəlidir, amma qorxmamalıyıq”, - deyə teoloq əlavə edib.

O, işğal olunmuş torpaqlarda məscidlər və məzarlıqların talan olunması, donuzxanaya çevrilməsi faktlarını xatırladıb: “Biz bir çox tədbirlərdə bu faktları qaldırmağa çalışmışıq. Həmin tədbirlərdə İran İslam Respublikasından da nümayəndələr çıxış edib. Lakin onlardan bu mövzuda bir mövqe və reaksiya görməmişik”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »