Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afiyəddin Cəlilovun qatili olan OMON-çu yenidən məhkəmə qarşısında
Afiyəddin Cəlilovun qatili olan OMON-çu yenidən məhkəmə qarşısında

90-cı illərdə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) aparıcı fiqurlarından olmuş, Qobustandakı qapalı həbsxanada ömürlük həbs cəzası çəkən Əliyusif Tahirov bugünlərdə məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, Əliyusif Tahirov OMON hadisələrilə yanaşı, 1990-1991-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 1992-1994-cü illərdə Azərbaycan Ali Sovetinin sədr müavini olmuş Afiyəddin Cəlilovun qətlində və başqa ağır cinayətlərdə təqsirli bilinib. O, Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin 5 noyabr 2001-ci il tarixli hökmüylə ömürlük həbsə məhkum edilib.

Əliyusif Tahirov həmin vaxt hökmdən şikayət verməyib. Üstündən uzun illər keçəndən sonra – 2019-cu ildə apellyasiya şikayəti vermək qərarına gəlib. Azərbaycan qanunvericiliyində cinayət işləri üzrə birinci instansiya məhkəmələrinin hökmündən 20 gün ərzində şikayət verilməsi nəzərdə tutulub. Ona görə də Əliyusif Tahirov ötürülmüş müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Lakin bu məhkəmə 21 oktyabr 2019-cu il tarixli qərarıyla ona “yox” deyərək, apellyasiya şikayəti vermək üçün müddəti bərpa etməyib. Keçmiş OMON-çu bu qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabrında onun şikayətinə baxıb və aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı sayıb – apellyasiya şikayəti təmin olunmayıb.

Bundan da il yarımdan çox vaxt keçəndən sonra Əliyusif Tahirov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu şikayəti vermək üçün də müddəti ötürdüyünü nəzərə alan Əliyusif Tahirov buraxılmış müddətin bərpası üçün də vəsatət verib. Bugünlərdə Bakı Apellyasiya Məhkəməsi onun sözügedən şikayətinə və vəsatətinə baxıb. Məhkəmədə çıxış edən sabiq OMON-çu gecikməni səhhətində problemlərin olması, başının sağlıq durumuna qarışmasıyla izah edib.

Amma məhkəmə onun göstərdiyi səbəbi əsaslı saymayıb və şikayətini təmin etməyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »