Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasətçilər xal qazanmaq üçün ev heyvanlarından istifadə edir
Siyasətçilər xal qazanmaq üçün ev heyvanlarından istifadə edir

Bütün dünyada siyasətçilər ev heyvanları ilə şəkil çəkdirməyi xoşlayır. “Heyvanlar hakimiyyət aləti kimi” kitabının müəllifi Lukas Yakuboviç hesab edir ki, onlar bilərəkdən belə obraz yaradırlar. Çünki ev heyvanları ilə görünmək siyasətçilərin reytinqini artırır.

Bizimyol.info xəbər verir ki, Yakuboviç daha çox itlərdən istifadə olunduğunu bildirir. Çünki bu heyvan insanlığa yaxınlığı ifadə edir.

“Göstərmək istəyirlər ki, xeyirxahdırlar. Bu, müasir siyasi ünsiyyətin əsas elementlərindəndir. Emmanuel Makron Heyvanları Müdafiə Cəmiyyətini ziyarət etməklə demək istəyirdi ki, “mən də sizin kimiyəm, heyvanların sığınacağından it görmüşəm, onunla yaxşı davranıram”.

Bricit və Emmanuel Makron Nemo sığınacağından it götürmüşdü. Amma hökumətdə belə davranan təkcə onlar olmayıb. Daxili İşlər naziri Jerald Darmanen pişiyə sahib çıxmışdı. ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Boris Conson kimi ikinci çoban itini sığınacaqdan götürmüşdü.

“Seçici hansısa namizədə səs verməyə gedəndə bir çox amillər nəzərə alınır: proqram, cari hadisələr, şəxsi maraqlar, eyni zamanda, namizədlərə olan sevginin reytinqi. İtlə şəkil çəkdirən siyasətçi ən azı reytinqini qoruyub saxlayır. Buna görə də bəzi siyasətçilər seçkilər ərəfəsində heyvanlarla görünürlər. Bunun xal qazanmağa kömək edəcəyini düşünürlər. Çox istifadə olunan strategiyadır”.

ABŞ-da Co Bayden demokratların praymerizinə üç ay qalmış çoban itinə sahib çıxmışdı. Bu, lazımi nəticə verdi. Bəzi ştatlarda Bayden yaxşı göstəricilər əldə etdi. Boris Conson 2019-ci il parlament seçkiləri dövründə kamera qarşısında qucağına aldığı itini öpürdü. Siyasətçi sonradan sorğularda göstəriləndən də yaxşı nəticə qazanmışdı.

“2007-ci ildə birinci tura bir gün qalmış Nikola Sarkazi Kamarq bölgəsində at belinə minmişdi. O, həm etibar qazanmaq istəyirdi, həm də gücünü göstərirdi. Emmanuel Makron Nemo sığınacağına üz tutanda son 5 ilin sorğularında ən aşağı göstərici qeydə alınmışdı. İtə sahib çıxandan sonra isə fransızların ürəyinə yol tapa bildi. Jerald Darmanen əbəs yerə başqa nazirlərə heyvanlarla şəkil çəkdirməyi məsləhət görmür”.

Yakuboviç yazıb ki, Fransa prezidentləri daha çox Labrador itlərinə üstünlük verir. Çünki fransızlar bu cinsi çox xoşlayır.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »